{category-title}

“Berg”, “Full” və “Pit Bull” enerji içkisi deyil - Araşdırma başladı

 


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən haqsız rəqabət hallarının qarşısının alınması məqsədi ilə enerji içkiləri bazarında aparılan araşdırmalar zamanı daha dörd sahibkar barəsində iş qaldırılıb.

Pressxeber.info  xəbər verir ki, araşdırmaların nəticələrinə əsasən, “A+CO” ASC tərəfindən istehsal olunan “FULL energy” alkoqolsuz içkilərinin üzərində  “ORIGINAL FULL ENERGY”, “İMPLUSE FULL ENERGY”, “MAKES YOUR ENERGY FULL” ifadələrinin istifadə olunması, “BERG ENERGY” MMC-nin eyni adlı məhsulunda “ENERGY”, “100% MAXİMUM ENERGY” və “THE GREAT POWER FEEL THE COOLNESS” ifadələrinin istifadə olunması, sifarişçisi “NPG Azərbaycan” MMC və distribütoru “Veysəloğlu” MMC olan “PIT BULL” adlı içkinin markalanmasında isə “ENERGY” sözünün istifadə olunması istehlakçılarda həmin məhsulların enerji içkisi olması təəssüratlarının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib.

Dövlət Xidməti tərəfindən “A+CO” ASC, “BERG ENERGY” MMC, “NPG Azərbaycan” MMC və “Veysəloğlu” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işlər qaldırılıb.

Məlumat üçün bildirək ki, "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə,  yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.

Son xəbərlər

Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür

MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq

İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər

Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək

London və Tehran razılığa gəldi

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bütün xəbərlər