{category-title}

"Bahar energy" qəsdimizə necə durub? - "...həmin ərazidə "Qlobal energy" və "Abşeron əməliyyat şirkəti" də fəaliyyət göstərir"

 Neft hasilatı zamanı yaranan tullantı suların dənizə axıdılması Xəzərin bioresurslarının məhv olması ilə yanaşı insan sağlamlığı üçün də təhlükəlidir.

Ekologiya və Təbii Sərvətlır Nazirliyi (ETSN) problemin aradan qaldırılması ilə məşğul olur. Lakin bəzi ərazilərdə vəziyyət acınacaqlı olaraq qalır. Məsələn, Hövsan qəsəbəsi ərazisində Bakının bütün fekal suları guya təmizlənərək dənizə axıdılır. Dənizin sahilinə isə üfunət qoxusundan yaxın durmaq mümkün deyil.

Sahil neftlə çirkləndirilib, ərazi bataqlıq və zibilliyə çevrilib. Bu da az imiş kimi iri kanalizasiya borularından çirkli sular dənizə axıdılır.

Sputnik Azərbaycan-ın əməkdaşı Hövsan qəsəbəsində olub və yerli sakinlərlə söhbət edib. Sakinlərin sözlərinə görə, dəniz kənarında yaşamalarına baxmayaraq, təmiz dəniz havasından məhrumdurlar. Çünki neft hasilatı zamanı yaranan lay suları, neft artıqları, kanalizasiya suları və zir-zibil dənizi əhatələyib. Antisanitariyanın hökm sürdüyü bu ərazidə isə nə sağlamlıqdan danışmaq olar, nə də ki, təmiz dəniz havasından.

"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı Sputnik Azərbaycan-a açıqlamasında Zığ-Hövsan yataqlarının "Bahar energy" əməliyyat şirkətinə aid olduğunu bildiirb. Onun sözlərinə görə, həmin ərazidə "Qlobal energy" və "Abşeron əməliyyat şirkəti" də fəaliyyət göstərir.

Ekspert qeyd edir ki, Hövsan ərazisində Bakının kanalizasiya suları təmizlənərək dənizə axıdılır. Burada əlaqədar qurumların qaydalara riayət edib-etməməsi isə sual altındadır.

""Bahar" əməliyyat şirkətinin quruda da bəzi buruqları var. Onlar da ətrafı çirkləndirir. Plast sularından əlavə, köhnə avadanlıqlardan olan sızmalar da çirklənməyə səbəb olur, dənizin içindəki quyulardan olan sızmalar da, estakadalar da. Avadanlıqlar sovet dövründən qalmadır. Şirkət bura sərmayə qoymalı idi. Amma onlar sadəcə inzibati binanı təmir etdilər. Qazma zamanı əmələ gələn şlamların dənizə axıdılmasına səbəb avadanlığın köhnə olmasıdır"- deyə Qəhrəmanlı bildirib.

Onun sözlərinə görə, çox ağır problemlər əlahiddə dəniz özüllərində, köhnə yataqlarda özünü göstərir: "Nərimanov adına Neft-qaz çıxarma İdarəsinin yataqlarında, Bibiheybət ərazisində lay sularının birbaşa dənizə axıdılması halları var. Ekologiya və Təbii Sərvətlər Nazirliynin də məsuliyyətsizliyi var. Onların mütəxəssisləri dənizin ortasında monitorinqlər aparmır. Mütəxəssislər düşünür ki, dənizdə olan çirklənmələrin sahilə, çimərliyə aidiyyatı yoxdur. Çox uzağa getməyək dənizin vəziyyətini görmək üçün bulvardakı daşlara baxmaq kifayət edir".

Qəhrəmanlı deyib ki, Nərimanov adına Neft-qaz çıxarma İdarəsinin 1 və 2-ci özüllərində istifadə edilən tualetlərin suları birbaşa dənizə axıdılır. Bəzi qazma idarələrinin fəaliyyəti zamanı da qazma şlamları adlı radioaktiv sular da dənizə axıdılır. Bu isə ağır xəstəliklər mənbəyidir.

Ekoloq Telman Zeynalov isə hesab edir ki, belə şirkətlərin fəaliyyəti dayandırılmalı, rəhbərləri cəzalandırılmalıdır: "Bu şirkətlər havanı, suyu, torpağı çirkləndirirlər. Bu da tədrici ölüm deməkdir. Fekal suların dənizə axıdılması balıqlar üçün qidadır. İnsanlar da balıqla qidalandığı üçün tədricən məhv olur. Bu tip sular insan sağlamlığına zərərdir və dənizdə müxtəlif epidemiyaların yayılmasına səbəb olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi vəziyyətə nəzarət etməlidir".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov Sputnik Azərbaycan-a bildirib ki, Xəzər dənizi sahilində ən böyük problem "Hövsan kanalı"-dır. Kanala iki növ su- neft tərkibli lay suları və təsərrüfat –məişət mənşəli tullantı suları daxil olur. Bu kanalın özü belə heç bir standartlara cavab vermir.

Həsənovun sözlərinə görə, kanal torpaq kanal olduğu üçün tez-tez daşır və keçdiyi trayektoriya boyu müxtəlif əraziləri çirklənməyə məruz qoyur.

"Kanal özü ilə neft və neft məhsulları olan lay suları, eyni zamanda məişət mənşəli tullantıları daşıyaraq dənizə tökür. Kanaldan dənizə axıdılan sular bioloji resursları məhv edir, daha ciddi fəsadlara yol açır. ETSN dəfələrlə "Balaxanı", "Suraxanı" əməliyyat şirkətlərinə, "Azgerneft" MMC-yə xəbərdarlıq edib" - deyə nazirliyin rəsmisi bildirib.

Ə.Həsənov deyir ki, bu şirkətlər lay suları ilə Xəzəri çirkləndirən subyektlərdir. Verilən tapşırıqlar, inzibati göstərişlər göründüyü kimi, onlara təsir etmir: "Amma belə davam edəcəyi təqdirdə daha ciddi inzibati tədbirlər görmək məcburiyyətində qalacağıq".

Nazirlik rəsmisi bildirib ki, sözügedən kanal 80-100 il əvvəl Ramanada lay sularını mədən ərazilərindən uzaqqlaşdırmaq üçün çəkilib. Sonralar lay sularının artması səbəbilə kanal böyüyüb, genişlənib. Əvvəllər kanal dövlət neft şirkətinə (ARDNŞ) məxsus olub. Sonradan şirkət həmin mədən ərazilərini müqavilə ilə əməliyyat şirkətlərinə verib.

Ə.Həsənov onu da vurğuayıb ki, yuxarıda adı çəkilən şirkətlərlə yanaşı, "Bahar energy" əməliyyat şirkəti də lay sularını Xəzər dənizinə axıdır:

""Bahar energy" şirkətinin də lay suları idarə olunmur və onun 95 faizi dənizə axıdılır. Biz mövcud vəziyyəti qiymətləndirmişik və qərara gəlmişik ki, kanal qapalı sistemə keçirilməli, metal və yaxud dəmir beton konstruksiyalı olmalı, kanala axıdılan tullantı sularının hesabatı aparılmalı, bu kanala tullantı sularını axıdan fiziki və hüquqi şəxslər onun kəmiyyət və keyfiyyət göstəricilərinə cavabdeh olmalıdır. Kanalın sonunda təmizləyici qurğu quraşdırılmalıdır ki, həmin sular Xəzəri çikləndirməsin. Hövsan kanalının hazırkı vəziyyəti çox acınacaqlıdır".

Göründüyü kimi, müvafiq qurumlar öz məsuliyyətini bilir, amma bu məsuliyyətdən irəli gələn öhdəlikləri yerinə yetirmir. ETSN isə deyəsən bu qurumların qarşısında acizlik nümayiş etdirir.

Son xəbərlər

Hakan Fidan və İbrahim Kalın Suriyada səfərdədir

Hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə aşağı enəcək -XƏBƏRDARLIQ

Xocalıya növbəti köç OLACAQ

Bayden müasir ABŞ tarixində ən böyük bir günlük əfv aktını imzalayıb

DTX-nin əməkdaşları Ulu Öndərin məzarını ziyarət edib

Kallas: ABŞ Ukraynaya yardımları azaltsa, Aİ Kiyevə dəstəyi artırmalı olacaq

Nazir: Saxta diplomlu həkimlərlə bağlı araşdırma aparılır

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Ağdaşda 14 yaşlı oğlan kanalda boğulub

Mehriban Əliyeva Ümummilli Liderlə bağlı PAYLAŞIM ETDİ

Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım - Foto

Ümummilli lider Heydər Əliyevin anım günüdür

Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq

Prezident Qanun imzaladı

Messi Bakıda Qarabağ atları ilə tanış olub - FOTO

İvanişvilinin sərvəti AÇIQLAND

Sabah bəzi ərazilərə yağış və qar yağacaq - PROQNOZ

Bakı Təşəbbüs Qrupu Roma Papasına məktub YAZDI

Cənubi Koreya polisi prezidentin ofisində axtarış aparıb

Sabah bu yollarda məhdudiyyət olacaq

Azərbaycan neftinin qiyməti 76 dollara yaxınlaşır

UEFA Çempionlar Liqası: Liqa mərhələsində VI tura yekun vurulacaq

"Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil edən şəxs: "İmam elan olunduğum üçün mənə hər şey olar"

Bütün xəbərlər