{category-title}

 

 

Peyvəndlənməyi seçmək yaşamağı seçmək deməkdir

 

Bir ildən artıqdır ki, dünyada demək olar ki, həyatı iflic vəziyyətinə gətirən koronavirus pandemiyası ilə mübarizə davam etməkdədir. Dünya səhiyyə sistemində çalışan mütəxəsislər pandemiyadan yeganə xilas yolunun vaksinasiyada olduğunu bildirirlər. Vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən yaxşı üsuldur.

 

Bəşəriyyət mövcud olduğu bütün dövrlərdə, müxtəlif tarixi zaman kəsiklərində ağır infeksion xəstəliklərin epidemiyaları ilə üz-üzə qalıb. Hələ qədim zamanlardan yoluxucu xəstəliklər bir çox dövlətlərin ərazilərində minlərlə insanın həyatına son qoyub. Tarixdə belə faktlar arzuolunmaz dərəcədə çoxdur. Məsələn, 1346-1352-ci illərdə Avropa əhalisinin 25-30%-i vəba xəstəliyindən ölüb. 1916-1920-ci illərdə İspaniya qripi 2 milyard dünya əhalisinin 30%-inə yoluxmuş və 20 ilə 50 milyon insanın ölümünə səbəb olmuşdu. Ən kiçik ehtimalla müqayisə etsək, bu xəstəlik Birinci Dünya müharibəsində ölənlərdən daha çox insanı məhv edib. 1618-ci ildə 20 milyon olan Meksikadakı İnka əhalisinin sayı çiçək xəstəliyi səbəbindən 1,6 milyona düşüb. Havay adalarında tifo xəstəliyi səbəbindən 1779-cu ildə əhali sayı 500 mindən 84 minə düşüb.

Belə misallardan çox göstərmək olar. Lakin bütün bu baş verənlərdə bir ümumi vacib olan məqam var ki, bu da bəşəriyyətin bu cür bəlalardan məhz vaksinasiya yolu ilə xilas ola bilməsidir. Son yüz ildə peyvəndlər bir çox xəstəliyin zərərlərinin və ölüm hallarının azalmasına kömək olub. 1960-cı illərdə qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon insan ölürdü. ÜST-in məlumatına görə 2000-2017-ci illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80 faiz azalıb. Vaksinasiyaya laqeyd münasibət hətta müasir dövrümüzdə də acı nəticələrə səbəb olur. Belə ki, 1990-2017-ci illərdə vərəm, hepatit B, difteriya və s. kimi vaksinlə qarşısı alına biləcək xəstəliklərdən minlərlə insan həyatını itirib. Halbuki bu, baş verməyə də bilərdi. Necə ki, cəmi bir neçə on il bundan əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu. Bu gün isə məhz kütləvi peyvəndlər sayəsində poliomielit tamamilə yox olub.

Hazırda bəşəriyyət indiyədək üz-üzə gəldiyi ən qorxunc xəstəliklərdən biri ilə mübarizə aparmaqdadır. Lakin insan zəkası sonda bu xəstəliyə də qalib gələcək. Hazırda COVID-19-a qarşı peyvənd preparatları nəhayət ki, hazırlanmışdır və artıq bütün dünyada kütləvi vaksinasiyaya başlanılıb. Birmənalı olaraq qəbul olunmalıdır ki, vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən effektiv üsuldur.

Ölkəmizdə də vaksinasiya sahəsində uğurlu siyasət aparılmaqdadır. Prezident cənab İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizə daxil etdiyi vaksinasiya platformaları artıq öz bəhrəsini vermişdir. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi vardır. Onların hər biri effektiv və təhlükəsizdir. Həyata keçirilmiş tədbirlər nəticəsində indiyədək ölkəmizdə 2,9 milyon insan vaksinasiya olunmuş, 330 min nəfər isə xəstəliyə yoluxub sağalmışdır. Habelə ölkəmizdə kifayət qədər vaksin ehtiyatının olduğunu nəzərə alsaq, deyə bilərik ki, yaxın vaxtlarda biz bu xəstəlikdən tam yaxa qurtara biləcəyik. Bunun üçün isə xalqımız vaksinasiya prosesində daha fəal iştirak etməli və epidemioloji sabitliyin qorunub saxlanması üçün üzərinə düşən vəzifəni yerinə yetirməlidir.

 

Tehran Ağabəyova,

Salyan Rayon Mərkəzi Xəstəxanasının həkimi

Son xəbərlər

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Bütün xəbərlər