{category-title}

“Həbsdə qalmağım şirkətimi iflas vəziyyətinə gətirdi” - Mübariz Mənsimov

 

Hazırda FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilir.
İş adamının köməkçisi Fidan Quliyeva 15 ilə qədər həbsi istənilən Mənsimovun məhkəmədə verdiyi ifadəni sosial şəbəkələrdə paylaşıb:
"Məni həbs etmək terror şəbəkəsinin çörəyinə yağ sürtməkdir. Mən heç bir zaman FETÖ-çü olmadım, deyiləm, ola da bilmərəm! Azad olunmağımı istəyirəm! Heç bir zaman dövlətin iradəsinə zidd heç bir şey etmədim. Tam əksinə, bütün şirkətlərimi bağlayıb Türkiyəyə daşıdım. Mənim burada 10 ay qalmağım şirkətimi iflas durumuna gətirdi. O gəmilərdə qalan gəmiçilərin nə günahı var? Onlar maaş ala bilmir, ailələri pis vəziyyətdədir. Orada olan azərbaycanlılar və türklərdir.

"Palmali”nin iflasa uğraması türk markasının yox olması deməkdir. Mənim şirkətim dünyada 5-ci sırada gedən şirkətlərdən biri idi. Bu, bir Türk markası idi. Mən bir an öncə işimin başına keçməliyəm, cənab Hakim! Mənə FETÖ damğasını kimsə vura bilməz. Mənim onlara necə nifrət etdiyimi hamı bilirdi. Mən o köpəklərə heç bir zaman xidmət etmədim, etmərəm də! Elə idisə, bugünə qədər məktəb, xəstəxanaları hansısa vəqfə və ya bu təşkilata hədiyyə edərdim. Mən hamısını inşa etdirdim və dövlətə təslim etdim”, - deyə, Mübariz Mənsimov ifadəsində bildirib.

Son xəbərlər

Mahmud Səfəralıyev HƏBS EDİLDİ

Putin Hindistana getdi

ATƏT-in sədrindən Bakı və İrəvana MESAJ

Şuşada ifaçılıq mərkəzi tikiləcək

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası - ŞƏRH

Azərbaycan və İraq neft-qaz əməkdaşlığını müzakirə edib

Norveç XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə çağırıb

Ceyhun Bayramov Vyanada ATƏT XİNŞ-in iclasında iştirak edir

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Beynəlxalq Türk Akademiyasının prezidenti: Azərbaycan böyük alimləri ilə fəxr etməlidir

Təfəkkür Universitetinin prorektorunu qətlə yetirən şəxslə bağlı qərar verilib

Ermənistanda məcburi hərbi xidmət müddətini qısaltmaq təklif olunub

23 nəfəri daşıyan mikroavtobus kanala aşdı

KİV: İtaliya tərəddüdlərdən sonra Ukrayna ilə bağlı siyasətini dəyişib

“Politico”: Aİ Rusiyanı terrorizmin maliyyələşdirilməsi üzrə “qara siyahı”ya salacaq

"Dövlət xidmətləri haqqında" qanun təsdiqlənib

NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Azərbaycana səfər edib

"Sabah" Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb

Türkiyə, Azərbaycan, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi keçirilib

KİV: Ermənistanda Pakistanın səfirliyi açılacaq

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət veriləcək

KİV: Rusiyada “Drujba” neft kəməri yenidən partladılıb

Dövlət Suverenliyi Günü iş günü hesab edilməyən bayram günü olacaq

Bütün xəbərlər