{category-title}

 

 

Novruz Aslanov beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdü
7 oktyabr 2020-ci il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahında AzQAC-ın prezidenti, millət vəkili Novruz Aslanov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin başçısı Ariane Bauer və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQACF) Qafqaz ölkələri üzrə nümayəndəliyinin başçısı Olga Jumayevanın videoformat şəklində qatıldığı növbəti üçtərəfli görüş keçirilmişdir.

Görüşün əvvəlində Novruz Aslanov qonaqları salamlayaraq artıq ənənə xarakteri daşıyan üçtərəfli görüşün vacibliyini və əhəmiyyətini xüsusi olaraq vurğuladı. Mövcud vəziyyətin çətinliyini və ağırlığını nəzərə alaraq görüləcək işlərin cevik və operativ olaraq həyata keçirilməsinin vacibliyini iştirakçıların diqqətinə çatdırdı. Cəbhəyanı ərazilərdə düşmənin hücumundan zərər çəkən mülki əhali, fərdi və çoxmənzilli yaşayış evlərinə, həmçinin sosial obyektlərə vurulan ziyan barədə görüş iştirakçılarına ətraflı məlumat verdi və humanitar yardımın göstərilməsinin vacibliyini xüsusi olaraq qeyd etdi. Bunun üçün istər AzQAC-ın, BQXQAF, istərsə də BQXK-nın birgə əməkdaşlığının mövcud vəziyyətə öz müsbət töhfəsini verəcəyindən əmin olduğunu söylədi. Zərər çəkən mülki əhalinin ehtiyaclarının təmin olunması üçün qısa zamanda xüsusi tədbirlər görülməsinin tərəfdarı olduğunu qeyd etdi.

Daha sonra çıxış edən BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Ariane Bauer hazırki vəziyyətdəmülki əhalinin təhlükəsizlik və müdafiə məsələlərinin vacibliyini önə çəkərək mütəxəsislərin təcrübəsindən yararlanacaqlarını söylədi. Mövcud vəziyyətdə kommunikasiya və koordinasiya işinin dəqiq və operativ aparılmasının vacibliyini qeyd edən başçı bu sahədə AzQAC-ın köməyinin məqsədəuyğun olacağını xüsusi vurğuladı. Böhran şəraitində informasiyanın düzgün ötürülməsinin, beynəlxalq ictimaiyyətə hansı mesajların verilməsinin birlikdə hazırlanmasının vacibliyni qeyd etdi. Həmçinin, AzQAC-ın şəhər və rayon bölmələrinin cəbhəyanı ərazilərdə yaşayan mülki əhalinin ehtiyaclarını öyrənərək məlumat verməsinin önəmindən danışdı.

Hazırki vəziyyətdə cəhbəyanı ərazilərdə işlərini davam etdirən Fövqəladə Mobil Könüllü Dəstələrin uğurlu fəaliyyətindən danışan BQXQAC Federasiyasının Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Olga Jumayeva koordinasiya işinin çox səriştəli aparıldığını söylədi. Hərəkatın hər üç komponentinin zərərçəkən mülki əhaliyə dəstək olunmasını qarşılqılı əməkdaşlıq və koordinasiyalı hərəkət şəkildə edilməsinin vacibliyini xüsusi qeyd etdi. Federasiyanın öz növbəsində bütün yardımlara və dəstəyə hazır olduğunu söylədi.

Sonda mövcud imkanların səfərbər olunması qərarına gəlindi. Cəmiyyətin prezidenti Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Ariane Bauerə və Komitənin əməkdaşlarına, BQXQAC Federasiyasının Qafqaz ölkələri üzrə nümayəndəliyinin başçısı xanım Olga Jumayevaya öz

təşəkkürlərini bildirdi. Novruz Aslanov bildirdi ki, bu tip üç tərəfli kooordinasiya görüşlərinin gələcəkdə də lazım olduğu təqdirdə keçiriləcəkdir.
Novruz Aslanov beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdü
Novruz Aslanov beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdü
Novruz Aslanov beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdü

Son xəbərlər

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Putin yenə Qarabağdan danışdı

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Bütün xəbərlər