{category-title}

“Kontakt Home”un Xalqlar və Bakıxanov mağazaları tam yeni formatda – AÇILIŞA ÖZƏL 50%-DƏK ENDİRİM

 

Elektronika və mebel satışı üzrə ölkənin ən aparıcı satış şəbəkələrindən olan “Kontakt Home” “Xalqlar” və “Bakıxanov Stansiya” mağazalarını tam yenilənmiş formatda müştərilərin istifadəsinə təqdim edib. Şəbəkə mağazalarda açılış münasibətilə müştərilərini hər növ məhsula 50%-dək endirim və 18 ayadək hissə-hissə ödəniş kampaniyaları ilə sevindirir. Kampaniya bu gün başlayır və avqustun 23-dək davam edəcək.

Axtardığınız hər şey bir məkanda

“Kontakt Home”un digər mağazaları kimi, bu mağazalar da müştərilər üçün çox uyğun zonalarda yerləşir: “Xalqlar” mağazası Qara Qarayev pr., 125B (“Xalqlar Dostluğu” m/st yaxınlığında), “Bakıxanov-2” mağazası isə Səmədbəy Mehmandarov pr., 1A ünvanında yerləşir.

2900 kv.m. sahəyə malik “Xalqlar” və 2520 kv.m. sahəyə malik “Bakıxanov Stansiya” şəbəkənin ən böyük mağazalarındandır. Loft üslubunda dizayn olunmuş mağazalar dörd mərtəbədən ibarətdir.

Müştərilərin rahatlığı üçün hər iki mağazanın daxilində lift fəaliyyət göstərir. Gözləmə zallarında yerləşdirilmiş divanlarda telefon enerjisinin doldurulması üçün USB çıxışlar quraşdırılıb. Uşaqlı müştərilərin rahatlığı da düşünülüb. Balacalar üçün masaların üzərində albom və boya karandaşları, həmçinin müxtəlif beyin inkişaf etdirici oyunlar var.

Mağaza ziyarətçiləri “Delonghi Zone”da yeni dəmlənmiş qəhvədən dadaraq, mağazanın digər guşələrini gəzə bilərlər.

Mağazaların -1-ci mərtəbəsində böyük məişət texnikasının, 1-ci mərtəbəsində rəqəmsal və kiçik məişət texnikasının, 2-ci və 3-cü mərtəbələrində isə mebel və tekstilin geniş çeşidi müştərilərə təqdim olunub.

Bir sözlə, elektronika və mebel əldə etmək istəyən hər kəs istədiyini eyni məkanda tapa bilər.

Açılışa özəl 50%-dək endirimlər, çox sərfəli hissəli alış şərtləri

Məhz “Xalqlar” və “Bakıxanov Stansiya” mağazalarının müştərilərini açılışa özəl xüsusi təkliflər gözləyir. Nağd alışda 50%-dək endirimlərdən, yaxud ilkin ödənişsiz, 18 ayadək faizsiz hissə-hissə ödəniş şərtlərindən yararlanmaq üçün avqustun 23-dək bu mağazalara gəlin.

Belə ki, açılış münasibətilə:

- Bütün telefonları ilkin ödənişsiz və 12 ay faizsiz;

- Bütün televizorları və məişət texnikasını ilkin ödənişsiz və 18 ay faizsiz;

- Bütün mebelləri isə ilkin ödənişsiz və 24 ay faizsiz hissə-hissə ödənişlə əldə edə bilərsiniz.

Əlavə olaraq, yalnız avqustun 23-dək hər növ məhsulu 50%-dək endirimlə əldə etmək imkanınız var. Belə ki, yalnız “Xalqlar” və “Bakıxanov Stansiya” mağazalarında:

- “Samsung Galaxy A11” smartfonunu 360 deyil, cəmi 329,99 manata;

- 43 (109sm) diaqonallı, “Smart TV” dəstəkli televizoru 700 deyil, cəmi 459,99 manata;

- 2000 Vt-lıq buxarlı ütüsünü 60 deyil, cəmi 19,99 manata ala bilərsiniz.

Qeyd edək ki, “Kontakt Home” mağazalarında satılan bütün məhsullar üç ilədək rəsmi istehsalçı zəmanəti ilə təqdim olunur.

Sizə ən yaxın “Kontakt Home” mağazasını buradan tapa bilərsiniz. Bütün kampaniya, müsabiqə və endirimlərdən xəbərdar olmaq üçün “Kontakt Home”u “Instagram”da izləyin, yaxud *6060 Çağrı Mərkəzinə zəng edərək, sizi maraqlandıran suallara cavab alın.

Son xəbərlər

KİV: Trampın helikopteri Londonda təcili eniş edib

Qriqoryan: Aİ ilə Ermənistan arasında dialoq başlayıb

Rusiyalı nazir müavini: Qızılın qiyməti artacaq

Elşad Abdullayev hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının iclası keçiriləcək

Şərqşünas-alim Aida İmanquliyevanın anım günüdür

Ədalət Hacıyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Premyer Liqa: V tura bu gün iki oyunla start veriləcək

Qubada insan sümükləri tapılıb

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

BƏƏ Prezidentinin önəmli səfəri - Azərbaycanın Yaxın Şərqlə genişlənən əməkdaşlığı - ŞƏRH

İsrailə qarşı bir sıra beynəlxalq sanksiyalar razılaşdırılıb

Avropa ölkələrinin İran qarşısında qoyduğu tələblər açıqlanıb

Badara kəndində bu il 115, gələn il isə 128 ev bərpa ediləcək

Məhi Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

"Bakı Kart"a yeni direktor təyin edilib

Lavrov ABŞ-la Ukrayna üzrə danışıqların bəzi təfərrüatlarını açıqlayıb

Rusiya ordusu strateji şəhərə DAXİL OLDU

Prezident “Qarabağ”ı təbrik etdi

QMi sədri Qazaxıstanda gənc dini liderlərə xitab edəcək

Müdafiə Nazirliyi məlumat yaydı

Sabahın hava proqnozu açıqlanıb

Xocalının daha bir kəndinə İLK KÖÇ oldu

Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir?

Bütün xəbərlər