{category-title}

“Kontakt Home”dan məhsul alarkən diqqətli olun! - Çağırış...

 
“Kontakt Home”a dair müştəri şikayətləri bitmək bilmir.

Yenicag.az xəbər verir ki, sözügedən şirkətdən məhsul alanların yarıdan çoxu narazıdır.

Bu müştərilərdən biri də Fuad Əliyevdir. O, bir müddət əvvəl Bakıda yerləşən “Kontakt Home” mağazasından “Huawei Mobile” modelli təzə telefon alıb. Lakin telefonu aldıqdan 5 gün sonra qulaqcıqla musiqi dinləyərkən səs qəribə tərzdə çıxmağa başlayıb. Bir gün sonra isə səs tamamilə çıxmayıb.

Nəticədə müştəri 28 May küçəsində yerləşən filiala yollanıb:

“Təxminən yarım saat, 40 dəqiqə içində hər cür yoxlayıb, düzəltməyə çalışdılar, sonra dedilər ki, yox, düzəlmir, servisə aparın. Mən də dedim, 14 gün ərzində hüququm var ki, qaytarım və ya dəyişim. Dedilər, yenə də servisə getmelisiniz ki, akt tərtib elesinler. Aldığım mağazaya qaytara bilmədiyim üçün (?) məcbur olub o qədər işimin arasında vaxt eləyib getdim servisə ki, “az pul deyil, batası deyil ki, dəyişdirim, başqasını götürüm”.

Servisdə dedilər ki, başqa telefon olsaydı, diaqnostika 30-40 dəq çəkəcəkdi, amma “Huawei” rəsmi şirkətdir ona görə 1 həftə olacaq. Düzü, rəsmi şirkət arqumentini təbii ki, başa düşmədim. Uzun sözün qısası, telefonu diaqnostikaya götürən bir gülərüz xanım idi və başqa telefonun işığı ilə telefonu hər tərəfli yoxladı. Nəticədə ekranda çoxsaylı cızıqlar, konnektorda sürtünmə və ən əsası da telefonun kənarında xırda içəri batıq aşkarlandı. Diqqətlə baxanda bilmək olur ki, bu cür içəri batıq ancaq və ancaq hansısa kəsici alət zərblə telefona çırpılsa ola bilər. Mən heç özüm bunu görməmişdim və qızın aşkarladığı şeylər həqiqətən də düz idi, mən də baxdım ki, elədir. Qız soruşdu ki, telefonu vitrindən almısınız? Dedim ki, yox, satıcı onu çəkməcədən götürdü.

Məsələ budur ki, telefon 6 gün ərzində heç xalçaya belə düşməyib ki, xəsarət alsın. Telefonu alanda satıcı oğlan telefonun yapışqanlarını belə gözümün önündə açdığına görə telefonun təzə olduğuna əmin idim və korpusunu hərtərəfli yoxlamamışdım. Beləliklə, telefonun mən tərəfdən heç bir zədə, xəsarət alma ehtimalının olmadığına əmin olduğum üçün belə qənaətə gəldim ki, “Kontakt Home” çox güman ya refurbish olunmuş, yəni əvvəllər xarab çıxıb qaytarılmış və düzəldilmiş, ya yaxın keçmişdə vitrində olmuş və zədə görmüş, ya da elə az işlənib, qaytarılmış telefonu mənə satıb. Az ehtimal verdiyim bir variant da var ki, telefonu mağazaya birinci dəfə apardığım zaman satıcılara 30-40 dəqiqə yoxlamağa verdiyim vaxt hər saniyə gözümün qabağında olmayıb deyə mən görmədiyim vaxt təsadüfən necəsə xəsarət yetiriblər”.

“Kontakt Home”dan ciddi şəkildə narazılığını bildirən Fuad Əliyev digər müştərilərin sözügedən mağazalara üz tutmamasını istəyir. O, vətəndaşları “Kontakt Home”dan məhsul alarkən diqqətli olmağa çağırıb.
 
(Yenicag.az)

Son xəbərlər

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Putin yenə Qarabağdan danışdı

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Bütün xəbərlər