{category-title}

“Kontakt Home”dakı fırıldaqçılığa görə nazirə müraciət olundu - HƏBSLƏR OLA BİLƏR

 

“Kontakt Home”dakı fırıldaqçılığa görə nazirə müraciət olundu
"Ehtiyatlı olun! Texniki cihazlar alanlara yalançı "Qızıl zəmanət” satılır, malı təmirə götürəndə gizli qüsur yaradırlar (cızıq çəkirlər). Bu kimi hallar barədə dəfələrlə nazirliyə məlumat versəm də, kömək yoxdur!”

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib. O həmçinin bildirib ki, məsələ ilə bağlı İqtisadiyyat naziri Şahin Mustafayevə müraciət ünvanlayıb.

"Azad İstehlakçılar” İctimayi Birliyinə (AİİB), Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q massivi, ev 24, mənzil 32 ünvanda yaşayan istehlakçı Fətəliyeva Nərmin ərizə ilə müraciət edərək, 30.01.2018 tarixində "Kontakt Home” şəbəkəsinin Fizuli küçəsi 47-55 ünvanında yerləşən dükanından kredit yolu ilə mobil telefon aldığını, 60 AZN ödəməklə "qızıl zəmanət” aldığını, telefonun qısa müddətdə qüsurlarının üzə çıxdığını, bu barədə dükana və servisə müraciət etsə də, problemin aradan qaldırılmadığını, əksinə ona böhtan atılaraq satıcılar tərəfindən telefonda qüsurlar yaradıldığını və s. bildirilib” – Eyyub Hüseynov vurğulayıb.

Birliyin sədri qeyd edir ki, illər ərzində "Kontakt Home” dükanlar şəbəkəsindən buna oxşar şikayətlər, əhalidən pul alınaraq heç bir məna kəsb etməyən yalançı "Qızıl zəmanət”lər, satıcılar və servis əməkdaşları tərəfindən bilərəkdən malda qüsur yaradıb, zəmanətdən çıxarmağa və daha çoxçeşidli istehlakçı hüquq pozmasına dair şikayətlər gəlsə də, nazirlik bu biabırçı vəziyyətin həll olması üçün heç bir rasional tədbir görmür: ""Get məhkəməyə”, deməklə vəzifə borclarını yerinə yetirmiş kimi özlərini hiss edirlər!”

Eyyub Hüseynov təklif edir ki, bu kimi məsələlərə son qoymaq üçün bu və buna bənzər istehlakçı hüquq pozmaları üzrə "ixtisaslaşmış” şirkətlərin məsul şəxsləri ilə dəyirmi masa keçirilsin. Onun fikrincə, qeyd edilən vəziyyəti dəyişmək zəruridir./minval 

Son xəbərlər

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Media: İranın Xark adasında partlayış olub

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək

WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır

Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

Bütün xəbərlər