{category-title}

Adına 49 mənzil var, 190 manat istəyir - Nazirlik

 

Adına 49 mənzil olan şəxslər aztəminatlı işsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəmədən yararlanmaq istəyirlər.

Axar.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. Qurum rəsmisi bildirib ki, haqqı çatmadan bu yardımdan yararlanmaq istəyənlər var:

"Qaydalar təsdiq edildikdən iki gün sonra - aprelin 9-dan birdəfəlik ödəmə (190 manat) vəsaitləri gündəlik olaraq köçürülür. Artıq 350 min şəxsə ödəniş edilib və proses davam edir.

Birdəfəlik ödəmə ilə bağlı müraciətlər 22 elektron informasiya bazası üzərindən araşdırılır. Bu araşdırmalar həqiqətən aztəminatlı işsiz və xüsusi karantin dövründə qazancını itirən qeyri-formal işləyən şəxsləri müəyyən etmək və 190 manatlıq ödənişi məhz bu kateqoriyadan olan, dövlətdən sosial ödənişlər almayanlara təyin etmək məqsədi daşıyır. Bununla belə müraciətlərin təhlilləri nə göstərir ki, əslində maddi imkanları yetərli, məşğul əhali qrupuna aid olan, dövlətdən müxtəlif sosial ödənişlər, hətta yüksək pensiya və müavinət alan vətəndaşlar da aztəminatlı işsizlər üçün nəzərdə tutulan vəsaiti əldə etməyə cəhd edirlər.

F.Talıbov haqqı çatmadan yardımdan yararlanmaq istəyənlərin statistikası barədə də qeyd edib:

"Müqavilə ilə işləyən və əmək haqqı alanlar – 260 min, aktiv VOEN-i olanlar – 160 min, dövlətdən müxtəlif sosial ödənişlər və yardım alanlar – 150 min, ölkə xaricindən müraciət edənlər – 60 min (bu şəxslər ölkə xaricində olduğu üçün Azərbaycanda işsiz kimi qeydiyyatdan keçə bilməzlər), özünün və ya həyat yoldaşının mülkiyyətində müxtəlif ünvanlarda 2 və daha artıq daşınmaz əmlak olanlar – 29 min, icarəyə verdikləri obyektlərdən gəlir əldə edənlər – 9 min və s. şəxslər var. Təbii ki, bütün bu müraciətlərə imtina cavabı verilir. Eyni zamanda müraciət edənlərin sırasında mülkiyyətində 4-5 və daha çox daşınmaz əmlakı, obyektləri, avtomobilləri, əlavə gəlirləri və s. olanlar az deyil. Sizcə, adında 49 mənzil olan vətəndaşın aztəminatlı işsizlər üçün nəzərdə tutulan 190 manata ehtiyacı ola və buna haqqı çata bilər?!

Yaxud son 3 ayda gəliri 10 min manatın üzərində olan 3000-dən çox şəxsin birdəfəlik ödəmə üçün müraciət etməyə nə vadar edir?! Məhz bu kateqoriyadan olan bəzi şəxslərə imtina cavabı verildikdən sonra sosial şəbəkələrdə iftira və qarayaxma ilə məşğul olmalarına, süni ajiataj yaratmalarına nə ad qoymaq olar?

Təəssüf ki, bir çox məlumatlar fərdi xarakter daşıdığından belələri ilə bağlı informasiyaları açıqlamaq olmaz.

Düşünürəm ki, belə şəxslər ictimai qınaqla sərt şəkildə üzləşməli və insanlarımızın milli həmrəylik göstərdiyi pandemiya dövründə, milyonlarla vətəndaşımıza Azərbaycan dövləti, şirkətləri, vətəndaşları tərəfindən dəstək verildiyi vaxtda fürsətcillik edən, aztəminatlı insanların haqqına girməyə çalışan şəxslərə imkan verməməliyik.

Qeyd olunan hallar müraciətlərə baxılması və emalında e-sistem üçün əlavə iş yükünə çevrilir, heç bir işi, gəliri olmayan, dövlətdən hər hansı sosial ödəniş və ya yardım almayan aztəminatlı işsizlərin müraciətlərinə baxılmasını texniki baxımdan gecikdirir".

Son xəbərlər

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Zelenski: "Yaroslavl" neft emalı zavoduna endirilən zərbə uğurlu olub

İranda Təbriz Günü qeyd edilib

Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı!

ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb

Tərtərdə ər-arvadın yanaraq öldüyü yanğının qəsdnən törədildiyi məlum olub

Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

Bakının üç rayonunda və Mingəçevirdə işıq olmayacaq

Tailandda məktəbdə atışmada ölənlərin sayı yeddi nəfərə çatıb – YENİLƏNİB

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanda şahmatın inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə edilib

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib

UEFA Konfrans Liqası: "Qarabağ"ı "Dinamo" ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

ARDNF 3 illik auditor seçir

Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

FHN: Küləkli havada dənizə girmək təhlükəlidir

ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır

Bütün xəbərlər