{category-title}

Şəhid polislərin əksəriyyətinin vərəsələrinin birdəfəlik ödəmə almaq üçün sənədləri nazirliyə təqdim edilib

 

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 yanvar tarixli Fərmanının icrası olaraq, birdəfəlik ödəmənin (11 000 manat) verilməsi prosesi 1997-ci il avqustun 2-dək şəhid olmuş daxili işlər orqanları əməkdaşlarının vərəsələrini də əhatə edir. Şəhid polis əməkdaşları ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytının (sosial.gov.az) “Birdəfəlik ödəmə” bölməsində yerləşdirilib.

Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Vərəsələr həmin bölmədə daxili işlər orqanlarının şəhid olmuş əməkdaşının adı, soyadı və atasının adını qeyd edərək, birdəfəlik ödəməni almaq hüquqlarının olub-olmadığını öyrənirlər. Bundan sonra birdəfəlik ödəmə almaq hüququ olan vərəsələr notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edir və onların sənədləri elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunur. Nazirlikdəki müvafiq Komissiya isə şəhidlərin vərəsələrinin sənədləri əsasında birdəfəlik ödəmənin verilməsinə dair qərarlar qəbul edir.

1997-ci il avqustun 2-dək şəhid olmuş daxili işlər orqanları əməkdaşlarından ibarət 400 nəfərdən çox şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqları müəyyən olunub. Onlardan artıq əksər şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə almaq üçün sənədləri nazirliyə təqdim edilib.

Son xəbərlər

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

Bakıda avtomobil qadını vuraraq öldürüb

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

Bütün xəbərlər