{category-title}

Dünya
17.04.2026, 15:21
Əhməd Əl Şaraa: Dünən sonuncu ABŞ hərbi texnikası Suriyanı tərk edib

Dünən sonuncu ABŞ hərbi texnikası Suriyanı tərk edib.
Bunu Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa V Antalya Diplomatiya Forumunda bildirib.
Onun sözlərinə görə, Suriyada əvvəllər eyni vaxtda Böyük Britaniya, ABŞ, Fransa və Rusiyaya məxsus bir neçə hərbi baza fəaliyyət göstərib.
Prezident vurğulayıb ki, artıq Suriyanın şimal-şərq bölgəsi bütün xarici hərbi bazalardan tamamilə azaddır.
