{category-title}

 

Ədalət Hacıyev

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru,

Əməkdar mədəniyyət işçisi 

 

İşğaldan azad edilən yurdlarımızda Novruz tonqalları yandırılır
 
“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.
 
Heydər ƏLİYEV
 
Novruz dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı kimi qəbul edilir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə, “Novruz”da küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır...

Ulu Öndər Heydər Əliyev hələ 1998-ci ilin Novruz bayramı günlərində məcburi köçkünlərlə görüşündə demişdir: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Şanlı Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və xalqımız artıq həmin ərazilərdə Novruz bayramını keçirir.

Azərbaycan Prezidenti İlham Əliyevin bayramla əlaqədar xalqa təbrikində deyilir ki, əsrlərin sınağından çıxmış Novruzun artıq dövlət səviyyəsində keçirilməsi məhz istiqlal yolunda qazanılan nailiyyətlərdəndir: “Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması naminə canlarından keçmiş Azərbaycan övladlarının xatirəsi bu əziz günlərdə bir daha ehtiramla yad olunur. Ümidvaram ki, Azərbaycanın müstəqil ölkə olaraq qazandığı zəfərlər şəhidlərimizin ruhunu şad edəcəkdir”.
Xalqımızın mədəniyyət tarixində mühüm hadisələrdən biri də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsidir. Belə ki, 28 sentyabr-2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salınıb.

Novruz bayramı, əlbəttə, təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı, bütünlüklə Şərqdə qeyd olunur.
Yeri gəlmişkən, Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayı ildən-ilə artmaqdadır. 28 noyabr-2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.
Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz bayramı dəyərli adətləri ilə diqqəti cəlb etməkdədir. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.
Novruz xalqı birləşdirən bayram kimi qəbul edilir. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, müğənnilərin iştirakı ilə keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda Kosa və Keçəlin iştirakı ilə məzhəkə xarakterli tamaşalar göstərilir. Kosa qışı, Keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, Keçəl qalib gəlir. Kənd yerlərində at yarışları - çovqan oyunu keçirilir.
Paytaxt Bakı da bayram günlərində nəinki doğma sakinlərini, dünyanın müxtəlif qütblərindən gəlmiş əcnəbi turistləri də heyran edir. Bayram tədbirlərinin keçirildiyi məkanlar da təsadüfi seçilmir. Əfsanəvi Qız qalasının ətrafı, Qoşa Qala qapısı, İçərişəhərin Baş meydanında göstərilən meydan tamaşaları, Novruza aid folklor oyunları hər kəsdə xoş əhvali-ruhiyyə, bayram ovqatı yaradır. Həmin günlər qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır...
 

Son xəbərlər

Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır

Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb

Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir - İCMAL

Sabah 30 dərəcə isti olacaq

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib

Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub

Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi

Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Tramp: ABŞ Çinlə ticarəti qarşılıqlı prinsip əsasında qurmaq niyyətindədir

Azərbaycana virusa qarşı yeni peyvənd gətiriləcək

Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş keçirilib

"Heydər Əliyev və Azərbaycan Ədliyyəsi" kitabının təqdimatı olub

Rusiya Britaniyanın keçmiş müdafiə naziri Ben Uollesi axtarışa verib

Rusiya yeni "Sarmat" raketini uğurla sınaqdan keçirib

Şagirdlər üçün çox vacib sənəd hazırlandı

İran təsir zonasını 10 dəfə artırıb

Bakıda WUF13 çərcivəsində gün ərzində 300-dək tədbirin keçirilməsi planlaşdırılır

Bakıda WUF13 ilə bağlı keçiriləcək tədbirlərdə 8 dil üzrə sinxron tərcümə təmin ediləcək

SEPAH-la əlaqəli 4 nəfər dəniz yolu ilə Küveytə girməyə cəhd edib

DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər

Qağaməli Seyfullayevin deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

İranda Bəluc qruplaşması ilə əlaqəli şəxs edam edilib

Qarayaxma kampaniyaları həqiqəti kölgədə qoya bilməz

Bütün xəbərlər