{category-title}

80 yaşlı Ziyad Səmədzadəni belə deputat etmək istəyirlər – Videolar yaylıdı

 

 



Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində daha çox saxtakarlıq faktlarının qeydə alındığı seçki dairələrindən biri də 23 saylı Nəsimi-Səbail seçki dairəsidir.

Yenisabah.az xatırladır ki, bu seçki dairəsində əsas rəqabət deputat Ziyad Səmədzadə ilə "CinemaPlus" kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadə arasında gedirdi.

Hələ təbliğat və təşviqat mərhələsində Zaur Darabzadənin daha uğurlu kampaniya aparması onun 23 saylı Nəsimi-Seçki dairəsinin favoritinə çevirmişdi. İctimai sektorun müəyyən kəsiminin, tanınmış ziyalıların, sənət adamlarının dəstəyini qazanması Zaur Darabzadənin Ziyad Səmədzadə üzərində asanlıqla qələbə qazanacağını şərtləndirən amillərdən idi.

Digər tərəfdən, Ziyad Səmədzadənin islahatlar kampaniyasına mane olan və bu səbəbdən özünü buraxan Milli Məclisin köhnə tərkibinin nümayəndəsi və 70+ deputatlar kateqoriyasına daxil olması, həmçinin parlamentari olduğu müddətdə seçiciləri ilə təmasdan qaçması Zaur Darabzadənin qələbə şansını xeyli dərəcədə artırmışdı.

Lakin Mərkəzi Seçki Komissiyası (MSK) Ziyad Səmədzadəni 23 saylı Nəsimi-Səbail seçki dairəsinin lider namizədi elan etdi. Bu ictimaiyyət üçün gözlənilməz nəticə idi. Hər kəs bu dairənin qalibi kimi Zaur Darabzadəni görürdü. Hətta sui-qəsd nəzriyyəsini sevənlər prosesə mübhəm çalarlar qataraq Zaur Darabzadəni bəribaşdan birmənalı qalib elan etmişdilər.

Ziyad Səmədzadənin "qələbəsi" 23 saylı Nəsimi-Səbail seçki dairəsində saxtakarlığın pik həddə baş verməsi qənaətinin formalaşması üçün ciddi əsas idi. Tam əminlik üçün konkret faktlar da lazım idi ki, bir neçə gündən sonra sosial şəbəkələrdə 23 saylı Nəsimi-Səbail seçki dairəsində baş verən saxtakarlıq hallarını əks etdirən videolar yayılmağa başladı. Həmin videolardan üçünü oxuculara təqdim edirik.

Bu videolar 23 saylı Nəsimi-Seçki dairəsində nələrin baş verdiyi barədə tam təsəvvürün yaranması üçün yetərlidir. Videolar 14, 23 və 2 saylı məntəqələrdə çəkilib. 14 saylı məntəqədə komissiya üzvləri qutuları boşaldarkən yeni saxtakarlıq üsulunu tətbiq ediblər - qutunu masanın üzərinə deyil, "bilmədən" yerə boşaldıblar. Yerdən götürəndə isə Ziya Səmədzadənin səslərini artırmaq üçün əvvəlcədən hazırlanmış bülletenləri də qutudan çıxanlara əlavə ediblər.
23 saylı məntəqədə isə müşahidəcçilərdən biri masanın üzərində topa bülletenin olduğunu aşkar edib. Həmin bülletenlər qutudan çıxıb.

2 saylı məntəqədə saxtakarlığı birbaşa sədr edir. O, hər kəsin gözü qarşısında sayılmaq üçün bülletenlərin yığıldığı torbaya əlavə bülletenlər doldurur. Müşahidəçilər buna etiraz etsələr də, sədr onlara əhəmiyyət vermir.

Bu faktlar 23 saylı Nəsimi-Səbail seçki dairəsi ilə bağlı ciddi araşdırmaların aparılmasını zəruri edir. Nəzərə alsaq ki, Məzahir Pənahov saxtakarlıq faktlarının hərtərəfli araşdırılacağını bildirib, o zaman 23 saylı Nəsimi-Səbail seçki dairəsinin də nəticələrinin şübhə altına alınacağını söyləmək olar. Əks təqdirdə, MSK saxtakarlığa haqq qazandırmış və Prezident İlham Əliyevin islahatların tərkib hissəsi adlandırdığı 9 fevral seçkilərinə ləkə vurmuş olacaq.

Son xəbərlər

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İlqar Mahmudov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib

Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir

Münasibətləri ən çox özləri məhv edən 5 bürc

ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Bütün xəbərlər