{category-title}

 

 

 

Seçiciləri Məşhur Məmmədova dəstək ifadə edirlər

 

Yeni Azərbaycan Partiyasından (YAP) Məşhur Məmmədovun namizədliyi 70 saylı Masallı seçki dairəsi üzrə qeydə alınıb. Deputatlığa namizəd seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində Masallı bölgəsini kənd-kənd gəzir və seçicilərlə görüşlər keçirir. Kəndlərə yanaşı, rayon təşkilatlarında da keçirilən görüşlərdə müzakirələr aparılır, onların problemləri, sualları dinlənilir və həlli istiqamətində görüləcək işlər barədə məlumat verilir.

Görüşlərdə M.Məmmədov öz platformasını açıqlayır, Masallı seçicilərinin ona səs verəcəyi və deputat seçiləcəyi təqdirdə görəcəyi işlər barədə məlumat verir və verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını qeyd edir. Təmsil etdiyi bölgənin insanlarını yaxından tanıdığını, onların istəklərinə, problemlərinə yaxşı bələd olduğunu qeyd edən M.Məmmədov hər bir seçicisinin qayğısını öz qayğısı kimi qəbul etdiyini vurğulayır. O, ölkədə aparılan islahatların tərkib hissəsi olan növbədənkənar parlament seçkilərində iştirak etməkdə məqsədinin təmsil etdiyi rayonun sakinlərinin arzu və istəklərini yüksək tribunada səsləndirmək, onları Milli Məclisdə layiqincə təmsil etmək olduğunu söyləyib, Milli Məclisdə onların səsi olacağını bildirir.

Seçiciləri Məşhur Məmmədova dəstək ifadə edirlər

Təbliğat-təşviqat kampaniyasıçərçivəsində Məşhur Məmmədovun rayonun ağsaqqalları, gəncləri, fəal qadınları ilə də görüşləri keçirilib. “Daha güclü Azərbaycan naminə” devizi ilə təşkil olunan görüşlərdə Məşhur Məmmədov seçiciləri qarşısında çıxış edərək ölkəmizin sürətli inkişafdan danışıb. Bildirib ki, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dair son illərdə qəbul olunmuş dövlət proqramlarının icrası işsizliyin azaldılmasına və əhalinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına böyük təkan verib. Əhaliyə sosial qayğıdan danışan M. Məmmədov əmək haqqı və təqaüd sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması kimi mühüm tədbirlər Azərbaycan vətəndaşının rifahına xidmət etdiyini vurğulayıb.
Seçiciləri Məşhur Məmmədova dəstək ifadə edirlər

Görüşlərdə Masallı rayon ağsaqqalları, ziyalıları Məşhur Məmmədov haqqında müsbət fikirlərini ifadə edirlər. Onu uzun müddətdir tanıdıqlarını, millət vəkilliyinə layiqli insan kimi gördüklərini, Məşhur Məmmədovun indiyə qədər halal zəhməti ilə kiçik biznesdən yüksələrək böyük işlərə imza atdığını bildiriblər, rayon üçün gördüyü işlərdən danışıblar. Qeyd ediblər ki, Məşhur Məmmədov Masallı rayonun abadlaşdırılmasına, istirahət parklarının salınmasına, aztəminatlı ailələrin övladlarının təhsil almasına öz töhfəsini verib, bölgənin sosial-iqtisadi həyatında fəal rol oynayıb, müxtəlif iş yerləri yaradıb, xəstəliklərdən əziyyət çəkən insanların müalicə olunmasına köməklik göstərib, xeyriyyəçi kimi tanınıb. Təsadüfi deyil ki, onun xidmətləri ölkə rəhbərliyinin də diqqətindən yayınmayıb. 2005-ci ildə Məşhur Məmmədov “Azad sahibkarlığın inkişafına” və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsində fərqləndiyinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Seçiciləri Məşhur Məmmədova dəstək ifadə edirlər

Seçicilərlə müxtəlif formatlı görüşlərində Məşhur Məmmədov millət vəkili seçiləcəyi təqdirdə Masallının inkişafında fəal iştirak etməyə çalışacağını, seçicilərin təklif və müraciətlərini reallaşdırmaq üçün səylərini əsirgəməyəcəyini, Masallı rayonunu layiqincə təmsil edəcəyini bildirib.

Görüşlərdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, ziyalılar, gənclər Milli Məclisə seçkilərdə YAP-a inamını ifadə edəcəklərini və YAP-ın 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputatlığa namizədi Məşhur Məmmədova səs verəcəklərini bildirirlər.

Seçiciləri Məşhur Məmmədova dəstək ifadə edirlər

Son xəbərlər

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İlqar Mahmudov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib

Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir

Münasibətləri ən çox özləri məhv edən 5 bürc

ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2

Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Bütün xəbərlər