{category-title}

Hüquq müdafiəçisi: "SOCAR-ın idarə və müəssisələrinin rəhbərliyində aparılan dəyişikliklər təqdirəlayiqdir"

 

Hüquq müdafiəçisi: "SOCAR-ın idarə və müəssisələrinin rəhbərliyində aparılan dəyişikliklər təqdirəlayiqdir"

Hüquq müdafiəçisi Əliməmməd Nuriyev SOCAR-ın idarə və müəssisələrinin rəhbərliyində aparılan kadr dəyişikliklərini təqdirəlayiq sayır.

Ə.Nuriyev fins.az açıqlamasında bildirib ki, SOCAR kimi yüksək beynəlxalq imici olan şirkət üçün kadr dəyişikliyi təqdirəlayiqdir:

"Ölkə başçısı bütün qurumlar üzrə dəyişikliklərlə bağlı həyata keçirirsə, dövlət və dövlətin payı olan şirkətlərdə də kadr dəyişikliyi həyata keçirilməlidir. Çünki zaman yeni çağırışlar müəyyənləşdirir. Bu yeni çağırışlar ondan ibarətdir ki, bizim müəssisələr özləri də yüksək rəqabət qabiliyyəti qurmalıdırlar. Mən belə hesab edirəm ki, bu dəyişikliklər olmalı idi. Yaxşı ki, SOCAR-ın rəhbərliyi bu dəyişikliyin həyata keçirilməsi üçün göstəriş verib. Ümid edirəm ki, dəyişilən kadrlar bundan sonra da öz işlərinin öhdəsindən layiqincə gələcəklər. Çünki hamısı eyni qurumun əməkdaşlarıdır. Onlar bu işi çox yaxşı bilirlər".

Hüquq müdafiəçisi vurğulayıb ki, Azərbaycanda açıqlıq və şəffaflıq üçün yeni islahatlar həyata keçirilir: "Ona görə də hesab edirəm ki, dövlət şirkətində həyata keçirilən dəyişiklik zəruri idi".
Qeyd edək ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Qaz İxrac İdarəsinin rəisi, "Azəriqaz" İB-nin baş direktorunun müavini Ruslan Əliyev "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru, Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev "Neftqaztikinti" trestinin müdiri, Heydər Əliyev adına Neft Emalı Zavodunun direktor müavini Füzuli Hacıyev Təhlükəsizlik İdarəsinin rəisi, Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin olunublar.

Son xəbərlər

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İlqar Mahmudov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib

Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir

Münasibətləri ən çox özləri məhv edən 5 bürc

ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2

Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Prezident 2 fərman imzaladı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Bütün xəbərlər