pressxeber.info
pressxeber.info

Qəzaya uğramış hərbi təyyarəmizdən xəbər var

16 dəfə baxılıb 16-08-2019, 12:04

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarəsinin qalıqları tapılıb.

Qəzaya uğramış hərbi təyyarəmizdən xəbər var

 

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter” hesabında məlumat verilib.

Qeyd olunub ki, Türkiyənin Dəniz Qüvvələri Komandanlığı tərəfindən Xəzər dənizinə düşən "MİQ-29” təyyarəsinin qalıqları tapılsa da, R.Atakişiyevin meyitinin və "qara qutu”nun axtarılması istiqamətində işlər davam etdirilir.

Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Qəza nəticəsində "MiQ-29" təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

Avqustun 9-da da Türkiyə Müdafiə Nazirliyi Xəzər dənizinə düşən hərbi təyyarəmizin qalıqlarının fotolarını yayımlamışdı.
Qalıqlar Türkiyə Dəniz Qüvvələri Komandanlığının Sualtı Axtarış və Xilasetmə Birliyi tərəfindən aşkar edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi