{category-title}

Nazir müavini: "Kənd təsərrüfatının ÜDM-də payı hər il nəzərəçarpacaq dərəcədə artır"

 

"Dövlət başçısı bizim qarşımıza özümüzü bütün kənd təsərrüfatı məhsulları ilə tam təmin etməyi və ixracatçı ölkəyə çevrilməyi əsas məsələ kimi qoyub".

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev İmişlidə Sənaye bitkilərinin istehsalı və emalı kooperativinin təsis konfransında  deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatının ÜDM-də payı hər il nəzərəçarpacaq dərəcədə artır: "Ötən gün Prezident İlham Əliyev fransalı iş adamları ilə görüşdə də dedi ki, bu ilin ilk yarısında kənd təsərrüfatı 13%-lik rekord artım göstəricisinə imza atıb. Bütün bunlarda isə sizin rolunuz böyükdür".

"Azərsun Holding" MMC-nin İdarə Heyətinin üzvü Əhməd Goozal isə “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əhalinin məşğulluğunun artırılmasında rolundan, İmişli Şəkər Zavodunun bu regionun iqtisadiyyatına verdiyi töhfədən danışıb.

Qeyd olunub ki, illik 400-450 min ton şəkər çuğunduru emalı gücü olan İmişli Şəkər Zavodu, ümumilikdə, ölkənin şəkərə olan tələbatınln 11%-ni təmin edir. Şəkər çuğundurunun əkini və becərilməsi dövrü xarakter daşıyır, yəni eyni ərazidə çuğundur 4 ildən tez olmamaqla əkilməlidir. Həmçinin çuğundurdan sonra əkin planı düzgün tərtib edildiyi təqdirdə əkilən dənli btikilərin məhsuldarlığı minimum 30-40% daha yüksək olur. Çuğundurun da daxil olduğu rotasiyalı əkin planına əməl edilərsə, burada həm əkinçilər üçün daimi iş, həm də əvvəlcədən proqnozlaşdırıla bilinən emal məqsədli daimi məhsullar olacaq. Sənaye bitkilərinin istehsalı və emalı kooperativi yaradıldıqdan sonra həm müxtəlif məhsullar üzrə məhsuldarlıq, həm də kənd təsərrüfatı ilə məşğul olan insanların stabil gəlir əldə etməsi mümkün olacaq. Kooperativə üzv olacaq fermerlər daimi alıcı imkanı və ölkə başçısı tərəfindən yeni imzalanan "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən 10% daha artıq subsidiya alacaqlar, aqrotexniki dəstəklə təmin ediləcəklər, torpaqların analizi zamanı əlavə güzəştlər əldə edəcəklər. 

Qeyd edək ki, fermerlər kooperativdə emalçılarla birbaşa əməkdaşlıq quraraq birgə işləyəcək. Yəni emalçılar illik məhsul tələblərini fermerlərə təqdim edərək onlara rahat satış bazarı yaradacaq. Eyni zamanda fermerlərin rahat fəaliyyəti üçün də əvvəlcədən razılaşdırılacaq qaydalara əsasən 20-30%-lik ön ödəmə də tətbiq ediləcə. Bu vəsaitlə fermerlər əkin zamanı olan xərclərin böyük qismini qarşılamaq imkanı əldə edəcəklər.

Son xəbərlər

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İlqar Mahmudov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib

Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir

Münasibətləri ən çox özləri məhv edən 5 bürc

ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2

Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Prezident 2 fərman imzaladı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Bütün xəbərlər