{category-title}

"Sonsuz dəhliz" filminin yaradıcı heyəti BAMF-in Ali Qarabağ Mükafatına layiq görülüb

 

Litvanın Druskininkay şəhərindəki Gənclik Mərkəzində ilk dəfə olaraq “Sonsuz dəhliz” sənədli filminin nümayişi keçirilib və ekran əsərinin yaradıcı heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Ali Qarabağ Mükafatı ilə təltif olunub.

BAMF-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə ümumilikdə 100 nəfər, o cümlədən filmin baş qəhrəmanı Riçardas Lapaytis, baş prodüseri və rejissoru Aleksandr Brokas, nümayişin təşkilatçıları, qonaqlar, jurnalistlər və tələbələr iştirak ediblər.

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF), Druskininkay şəhər Polisi və Druskininkay Gənclik Mərkəzi tərəfindən təşkil olunan tədbirdə “Sonsuz dəhliz” sənədli filminin həsr olunduğu Xocalı faciəsi qurbanlarının xatirəsi dəqiqəlik sükutla yad edilib.

BAMF-in Litvadakı nümayəndəsi, hərbi jurnalist Riçardas Lapaytis qonaqları salamlayaraq deyib ki, ekran əsəri bütün dünyada və beynəlxalq kinofestivallarda tanınsa da, Litvanın cənubunda ilk dəfə nümayiş olunur. Xocalı soyqırımının ötən əsrin ən böyük faciələrindən biri olduğunu diqqətə çatdıran jurnalist bildirib: “Bütün Xocalı sakinləri doğma evlərindən və əmlaklarından məhrum ediliblər. Şəhərin hələ də işğal altında olmasına baxmayaraq, indiyədək Xocalı əhalisinin qatillərindən heç biri cəzalandırılmayıb və onlar yalnız öz vicdanları qarşısında məsuliyyət daşıyırlar”.

Filmin baş prodüseri və rejissoru Aleksandr Brokas çıxışında ekran əsərinin Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə və günahsız insanların qətlə yetirilməsindən bəhs etdiyini bildirib. O deyib: “Filmin əsas süjet xəttini sağ qalmış insanların verdiyi ifadələr, hərbçilərin və hadisə şahidlərinin danışdıqları təşkil edir. Filmi ingilis dilində məşhur britaniyalı aktyor, “Oscar” mükafatı laureatı Ceremi Ayrons səsləndirib”.

"Sonsuz dəhliz" filminin Druskininkay şəhərində nümayiş etdirilməsindən şad olduğunu deyən A.Brokas çəkilişlərə verdiyi dəstəyə görə Riçardasa bir daha təşəkkür edib.

Sonra respublika müsabiqələrinin qalibi olan Lazdi şəhərinin "Jingsnyay" (Žingsniai) İncəsənət Məktəbinin akkordeonçu və saksofonçularından ibarət ansamblı çıxış edib.

Daha sonra "Sonsuz dəhliz" filmi nümayiş olunub. Erməni və sovet silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş günahsız azərbaycanlıların acı iztirabları tamaşaçıları kövrəldib.

BAMF-in prezidenti Umud Mirzəyev çıxış edərək Xocalı hadisələrinin canlı şahidi kimi yaşanmışları ekranda yenidən görməyin çox çətin olduğunu bildirib. O deyib: ““Sonsuz dəhliz” filmi törədilən vandalizm əməlləri nəticəsində yaranmış vəziyyəti nümayiş etdirir. Mən bu kadrları izləyərkən, dinc əhalinin sadəcə azərbaycanlı olduqları üçün qəddarlıqla öldürüldüyü zaman keçirdiyim hissləri yenidən yaşayıram”.

Umud Mirzəyev iştirakçılara və tədbirin təşkilinə dəstək göstərənlərə təşəkkür edib. O, sülhün təşviqi ideyasına əvəzsiz töhfə verən filmin nümayişinin obyektiv məlumatların yayılmasında əhəmiyyətli rol oynadığı bildirib.

Sonda göstərdikləri cəsarətə, Qarabağ münaqişəsi və sülhyaratma prosesi haqqında obyektiv məlumatların yayılmasına verdikləri töhfəyə görə Aleksandras Brokasa və Riçardas Lapaytisə BAMF-in Ali Qarabağ Mükafatı təqdim olunub.

Qarabağ münaqişəsi ilə bağlı obyektiv məlumatların yayılmasına və sülh ideyasının təbliğinə töhfə verdikləri üçün Druskininkay Polis Komissarlığının rəisi Gintaras Krasnitskasa, Druskininkay şəhərinin Gənclik Mərkəzinin direktoru Auşra Nedzinskieneyə və Lazdi rayon bələdiyyəsinin meri Ausma Mişkinieneyə fəxri mükafatlar təqdim olunub.

Film ilk dəfə 2015-ci il iyulun 1-də Britaniya Film və Televiziya İncəsənət Akademiyasında (BAFTA) nümayiş olunub. Ekran əsəri «Global Film Awards 2015» müsabiqəsində "Böyük nailiyyətlər" nominasiyasında «Humanitarian Award 2015» mükafatına layiq görülüb.

Qeyd edək ki, "Global Film Awards" nüfuzlu Amerika nəşri “Accolade Global Film Competition” tərəfindən təqdim olunur. Film Madrid və Tenerifedəki beynəlxalq film festivallarında ilin “Ən yaxşı sənədli filmi” və “Ən yaxşı rejissorluq işi” kimi qəbul edilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi "Xocalıya ədalət!" təbliğat kampaniyası çərçivəsində "Sonsuz dəhliz" filminin İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern və Lüksemburq şəhərlərində təqdimatı keçirilib.

Son xəbərlər

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İlqar Mahmudov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib

Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir

Münasibətləri ən çox özləri məhv edən 5 bürc

ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2

Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Prezident 2 fərman imzaladı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Bütün xəbərlər