{category-title}

Kənd Təsərrüfatı Nazirliyinin 140 əməkdaşı könüllü olaraq ordu sıralarına qoşulub

 

 

27 sentyabrdan etibarən Ermənistan silahlı qüvvələri təmas xətti boyunca mütəmadi olaraq Azərbaycan Respublikasının mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq Azərbaycana qarşı növbəti dəfə hərbi təxribat törədir və işğalçılıq siyasətini davam etdirir. Bu təxribata cavab olaraq Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir. Bu gün Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir, Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Azərbaycan Ordusu döyüş meydanında, xalqımız isə arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli Sərəncamı xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Sərəncama uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin də yüzlərlə əməkdaşı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün müraciət etmiş əməkdaşlarımızdan 140 nəfər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışına əsasən könüllü olaraq ordu sıralarına qoşulub. Düşmənə layiqli cavab verən Ordumuzun sıralarına qoşulmaqdan şərəf duyduqlarını deyən nazirlik əməkdaşları Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə əmin olduqlarını vurğulayıblar.

Hərbi əməliyyatlar hazırda kənd təsərrüfatının ən aktiv dövrünə təsadüf edir. Nazirlik əməkdaşları əkinin aparılması, məhsulların toplanılması və aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi məqsədilə cəbhəyanı rayon və kəndlərə ezam olunub. Nazirlik əməkdaşları təmas xəttinə yaxın ərazilərdə mütəmadi monitorinq aparır, aqrar sahədə cari işlərin düzgün təşkili məqsədilə fermerlərə lazımi tövsiyə və məsləhətlər verirlər. Təmas xəttinə yaxın kəndlərdə payızlıq şumun aparılması, aqrotexniki qulluq işlərinin görülməsi ilə bağlı proses tam nəzarətdə saxlanılır.

Kənd Təsərrüfatı Nazirliyinin bütün əməkdaşları döyüşə hazırdır və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasəti dəstəkləyir.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirən rəşadətli Ordumuza uğurlar və şanlı qələbə arzu edirik. 

Qələbə bizimlədir!

Qarabağ Azərbaycandır!

Son xəbərlər

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İlqar Mahmudov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib

Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir

Münasibətləri ən çox özləri məhv edən 5 bürc

ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2

Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Prezident 2 fərman imzaladı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Bütün xəbərlər