{category-title}

 

 

2019-cu ilin 6 ayı ərzində Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayanlar arasında 1.013 nikah bağlanıb.

 Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin (ƏN) İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Rəsmi məlumata görə, əcnəbilərlərlə nikaha daxil olanlardan 544-ü azərbaycanlı qadınlar, 469-u isə azərbaycanlı kişilərdir.

Həmçinin bildirilib ki, hesabat dövründə Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayanlar arasında 93 nikahın pozulması qeydə alınıb.

Xatırladaq ki, 2017-ci ildə əcnəbilər və vətəndaşlığı olmayanlarla azərbaycanlılar arasında 2059 nikah qeydə alınıb. Nikahlardan 1105-i Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1054-ü isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanıb. 2018-ci ildə Azərbaycan vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında 2256 nikah bağlanıb. Həmin şəxslərlə pozulmuş nikahların sayı isə 149 olub.

Azərbaycan vətəndaşı olan qadınlar əsasən, Türkiyə, Rusiya Fedrasiyası və Gürcüstan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikaha üstünlük verirlər.

Qeyd edək ki, xarici ölkədə Azərbaycan Respublikasının vətəndaşı nikaha daxil olduqda, nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları tərəfindən həyata keçirilir.

zərbaycanda nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunub. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin konsulluğu tərəfindən onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldıla bilər.

Nikahın qeydə alınması üçün tələb olunan sənədlər

Nikaha daxil olmağı arzu edən Azərbaycan Respublikası vətəndaşı (vətəndaşları) konsulluqlara şəxsən ərizə ilə müraciət etməlidirlər. Konsulluğun vəzifəli şəxsi nikahın bağlanması haqqında ərizəyə dərkənar yazmaqla ona icazə verir. Xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşının (vətəndaşlarının) nikahın qeydə alınması üçün aşağıdakı sənədlər Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına (konsulluqlara) təqdim edilməlidir: 
1. nikaha daxil olan şəxslərin yazılı razılığı; 
2. nikaha daxil olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti; 
3. xarici ölkədə daimi və ya müvəqqəti yaşamasını təsdiq edən sənəd; 
4. subaylıq haqqında arayış; 
5. dövlət rüsumunun ödənilməsi barədə qəbz 
6. əvvəllər nikahda olmuş şəxslər - nikahın pozulması haqqında şəhadətnamə (surətini) və ya ərinin (arvadının) ölümü şəhadətnamə (surətini), yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış (yalnız əvvəllər nikahda olmuş şəxslər);

Müraciətə baxılma müddəti

Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır.

Aşağıdakı göstərilən üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti konsulluq tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər: 
1) təcili olaraq uzunmüddətli ezamiyyətə getmə; 
2) daimi yaşamaq üçün başqa yerə köçmə; 
3) birgə uşaqların olması; 
4) nikaha daxil olmaq istəyən qadının hamilə olması; 
5) evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi; 
6) hərbi xidmətə çağırılma; 
7) digər hallarda. 
Yuxarıda göstərilən hallar müvafiq sənədlərin (ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) konsulluğa təqdim edilməsi ilə təsdiq edilməlidir.

Xüsusi hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması və ya digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.

Nikahın qeydə alınması üçün və əlaqədar əməliyyatlar üçün 
Dövlət rüsumu

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.3-cü maddəsinə əsasən, nikahın qeydə alınması və əlaqədar əməliyyatlar üçün aşağıdakı dərəcədə dövlət rüsumu müəyyən olunub:

1) nikahın qeydə alınması və bu barədə 
şəhadətnamənin verilməsinə görə -30 ABŞ dolları;

2) xarici ölkələrin VVAQ orqanları tərəfindən 
nikahın qeydə alınması məqsədilə 
subaylıq haqqında arayışın verilməsinə görə - 20 ABŞ dolları;

3) nikah haqqında akt qeydində dəyişikliklərin, 
düzəlişlərin, əlavələrin edilməsi və 
akt qeydlərinin bərpa olunması ilə əlaqədar 
şəhadətnamələrin verilməsinə görə - 20 ABŞ dolları;

4) vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı 
haqqında arxiv materiallarına əsasən 
təkrar şəhadətnamələrin verilməsinə görə - 40 ABŞ dolları.

Son xəbərlər

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Putin yenə Qarabağdan danışdı

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Bütün xəbərlər