{category-title}

KTN –də “parçala və hökm sür” siyasəti – nazirə olan inamı kimlər sarsıdır?

 

Əvvəlcə onu qeyd edək ki, saytımızda (realmedia.az -red.) 40 nəfərdən artıq vətəndaşların şikayətləri, göndərdikləri video və audio-materiallar və saytın əməkdaşlarının apardıqları araşdırmalar əsasında “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin rəhbəri Anar Hüseynov, MMC-nin – Beyləqandakı Aran Regional İdarəsinin rəisi Hikmət Ağayev və digər struktur vahidləri rəhbərləri barəsində tənqidi yazılar geniş rezonansa səbəb oldu. Çox keçmədən Hikmət Ağayevin vəzifədən kənarlaşdırılması xəbəri yayıldı və bunu zəhmətkeşlər kənd təsərrüfatı nazirinin onların problemlərinin həlli istiqamətində atdığı addım kimi dəyərləndirərək, saytımızın tribunasından cənab nazirə təşəkkürnamə ünvanladılar.

Anar Hüseynov isə ünvanına səslənən ittihamların ictimailəşməsindən sonra bu mövzuda qələmə aldığımız bütün məqalələrdə qarşı tərəfə mövqeyini bildirməsi təklif olunsa da, tənqiddən nəticə çıxarmaq əvəzinə alternativ mövqe seçdi – yazıları saytdan çıxarmağa nail olmaq üçün Mətbuat Şurasına və başqa adını çəkmək istəmədiyimiz nüfuzlu qurumlara üz tutdu, bizə gah xahiş-minnət, gah da hədələyici ismarıclar göndərdi. Bizim isə mövqeyimiz aydın idi, soruşanlara cavabımızı da verdik: “Halal zəhməti ilə dolanan, torpağı satmaq üçün deyil, əkmək üçün tələb edən, özünə haram qazanc yeri deyil, zəhmət meydanı axtaran 40 nəfər şəxs yalan danışa bilməz! Zənnimiz bizi aldadacaqsa da belə, biz 41-ci şəxs kimi digərləri ilə birgə məsuliyyət daşımağa, məhkəmə qarşısına çıxmağa hazırıq”.

Amma nə yazıq ki, çox keçmədən Hikmət Ağayevin öz vəzifəsinə müəmmalı dönüşü xəbəri ondan şikayət edənləri məyus etdi. “Bu necə siyasətdir” sualına cavab tapa bilməyən zəhmətkeşlərin cənab İnam Kərimova olan inamları da laxladı.

Əldə etdiyimiz ilginc məlumatlardan biri də odur ki, Beyləqan rayon Məşğulluq Mərkəzinin müdiri İlham Quliyev də Anar Hüseynova dəstək vermək üçün başını başlara qoşub. Onların yaxın dost və olduqları bildirilir. Elə buna görə də məşğulluq müdiri şikayətçiləri bir-bir çağıraraq onları öz kabinetindən qurduğu telefon əlaqəsi ilə Anar Hüsynovla danışdırır, ikinci də öz növbəsində həmin şəxslərə vəd verir ki, bu məsələdən geri çəkilsinlər, əvəzində özlərini və ailə üzvlərini işlə təmin edəcək. Bir sözlə, “parçala və hökm sür” siyasəti yürüdülür.

Mövzuya qayıdacağıq.

Yazıda adları çəkilən şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
RealMedia.az

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər