{category-title}

Bu mağazalardan mal alanda ehtiyatlı olun - Nazirə müraciət

 Dəfələrlə "Kontakt home" və "Elektronix"in qanunsuz əməlləri barədə mətbuatda yazılar dərc edilib. Hətta həmin mağazalarda baş verən özbaşınalıq və istehlakçıların aldadılması ilə bağlı Azad İstehlakçılar Birliyi iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət ünvanlayıb. Amma hələlik hec bir nəticə yoxdur. 

Cebhe.info xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov növbəti dəfə istehlakçıları bu mağazalardan mal alarkən ehtiyatlı olmağa çağırıb. O deyib ki, problemin həlli üçün Ş.Mustafayevə rəsmi məktubla müraciət edib: 

“Nizami rayonu Nəsimi küçəsi 2021- 2025, ev 32Q , mənzil 94-də yaşayan İlqar Mustafayev tərəfindən bizə ərizə daxil olub. Bildirir ki, 13.12.18 tarixdə “Bakuelektroniks”in Nərimanov rayonu Təbriz küçəsi ev 98-də yerləşən filialından ilk ödəniş 300 AZN olmaqla 18 aylıq keditlə dəyəri 4000AZN olan Samsung markalı televizor alıb. Ona coxsaylı sənədlərə imza etdirsələr də, müqavilə verməyiblər. İstehlakçıya sadəcə imzasız zəmanət talonu verilib. 14.12.18. saat 10.00 radələrində televizor sahibinə çatdırılıb. Evdə 19 yaşında oğlu olub. Gətirən şəxs təklif edib ki, 35 AZN əvəzinə 15 AZN-ə özü servisdən xəbərsiz quraşdıracaq. Lakin əlində heç bir aləti olmadığından quraşdırmaq üçün bıçaq istəyib, sonra şəbəkəyə taxıb. Televizoru şəbəkə qoşduqda monitorda xətlər yaranıb və bunların Ailə TV-nin problemi olduğunu deyib.Əməkdaşlar gedən kimi oğlu televizoru yenidən qoşduqda xətlərin çoxaldığını və rəngbərəng olduğunu görərək atasına zəng edib. Dərhal “Bakueləktroniks”lə əlaqə saxlayıb. Xətlərin şəkilini çəkib göndərib və televizorun dəyişdirilməsi xahişini edib”. 

Eyyub Hüseynov bildirib ki, istehlakçı ərizə ilə də mağazaya muraciət edib. Daha sonra isə hər gün qaynar xətlərə (“Bakuelektroniks” satış xidməti-143, servis xidməti -992) muraciət edib. Hər dəfə eyni cavab alıb: 

“Sizin müraciətiniz yuxarıya çatdırılacaq və sizinlə əlaqə saxlanılacaq”. 

Şikayətçi bir aydır gözləyir: 

“İlqar Mustafayev ərizəsində onu da bildirib ki, 14.01.18. tarixində “Bakuelektroniks”in baş ofisinə gedib və müdirlə görüşmək istəyib. 16.01 tarixdə baş ofisdə cox gözləmədən sonra Vüqar adlı şəxs onu qəbul edib. Bildirib ki, çoxsaylı üzləşmələr lazımdır. Şirkət rəsmisi ona “Hara istəyirsiniz şikayət edin, şirkətimizin öz qanunları var!”,-deyib. İstehlakçının tələbi televizorun qaytarılması, müqavilənin ləğv olunması və ona dəyən 300 manat ziyanın ödənilməsidir. Çünki “Bakuelektroniks”ə qarşı inamı itib” .

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər