{category-title}

Fazil Məmmədova verilən baxt bitir - Bacısı oğlunun rəhbərlik etdiyi bankın taleyi necə olacaq?

 Sabiq vergilər naziri Fazil Məmmədov və ona yaxın nazirlik “bosslarının” sahibkarlara tutduqları divan, eləcə də nazirlikdəki rüşvət və korrupsiya o qədər aşkar və təkzib olunmaz idi ki, çoxları onun vəzifədən kənarlaşdırılan kimi, həbs ediləcəyini gözləyirdi. Özü də təkcə onun yox, həm də yan-yörəsindəki “akulaların”.

Ancaq gözləntilər özünü doğrultmadı. Buna baxmayaraq, “AzPolitika. info”ya verilən məlumatda sabiq nazirin biznes imperiyasının heç də yaxşı günlər yaşamadığı, onun üzünə isə əksər qapıların bağlandığı bildirilir.

Bunu bir müddət əvvəl sabiq nazirin Şəmkirə, elə vaxtilə özünün kadrı olmuş icra başçısı Alimpaşa Məmmədov tərəfindən buraxılmadığına dair mətbuatda gedən məlumatlar da təsdiqləyir.

Eyni zamanda F.Məmmədovun biznesinin böyük qisminin artıq əlindən alındığına və onun ətrafında araşdırmanın hələ də davam etdirildiyinə dair məlumatlar var. Həmin araşdırmaya sabiq nazirə aid ölkədə və ölkədən kənarda yerləşən bütün əmlaklar, gördüyü işlər, eləcə də onun yaxın ətrafının fəaliyyətinin də daxil edildiyi bildirilir. O da qeyd olunur ki, hətta sabiq nazirin həbsi məsələsi gündəmə gətirilsə də, onun səhhətindəki ciddi problemlər nəzərə alınaraq, bundan vaz keçilib.

Ölkədə Fazil Məmmədova məxsus biznes qurumları kimi “Ata Holding” və “Synergy Group” tanınsa da, məlumata görə, bu şirkətlərə aid biznes strukturlarının əksəriyyəti onun əlindən alınıb. Lakin maraqlıdır ki, əsas səhmdarı “Synergy Group” olan “AtaBank”-ın sabiq nazirin himayəsi altında qaldığına dair məlumatlar var.

Təkcə onu qeyd etmək kifayətdir ki, bankın İdarə Heyətinin sədri hələ də F.Məmmədovun doğma bacısı oğlu Dəyanət Quliyevdir. Maraqlı olan həm də odur ki, sahibkarlara divan tutmaqla ölkə iqtisadiyyatına və biznes mühitinə zərbə vuran bir şəxsin himayəsində hələ də bank kimi əhəmiyyətli maliyyə resursu saxlanılır.

Bununla bərabər, bank sektoruna yaxın mənbələr bildirirlər ki, bankda hələ də F.Məmmədovun təsirinin saxlanılmasının səbəbi onun vaxtilə həmin bankdan özünə yaxın şirkətlərin adına külli miqdarda vəsait çıxarması və geri qaytarmamasıdır. Deyilənə görə, bununla bağlı sabiq nazirə vaxt verilib. Həmin vaxt isə artıq bitsə də, problem həllini tapmayıb. Bu səbəbdən bankın maliyyə göstəriciləri əvvəlki illərdə olduğu kimi, onun liderlər sırasında olmasına imkan vermir. Həmçinin bildirilir ki, bankda ciddi maliyyə-təsərrüfat pozuntularının olması onun təhvil alınmasını əngəlləyir.

İddia olunur ki, F.Məmmədova bankla bağlı verilən müddət artıq bitsə də, onun hansı addımlar atacağı və hansı mənbələr hesabına bankı sağlamlaşdıracağı qaranlıq qalır. Bu səbəbdən, hətta yaxın günlərdə bankın səhmdarları sırasında dəyişiklik olunacağı, bankın keçmiş nazirin “əsarətindən” qurtulacağı, bankda köklü kadr dəyişikliklərinin aparılacağı və bankın fəaliyyətinin stabilləşdiriləcəyi də bildirilir.

Bütün bu baş verənlər bir daha göstərir ki, bank sektoru başda olmaqla, iqtisadiyyatın məmur-oliqarxlar tərəfindən “işğal olunması” istənilən biznes strukturunun, yaxud böyük bir bankın iflic vəziyyətinə salınmasını mümkün edir.Çünki belə biznes strukturları adi iqtisadi qanunlarla deyil, məmurların mövqeyi və onlara olan münasibətlə idarə olunur…

Yazıda qeyd olunanlarla bağlı “AtaBank”ın da mövqeyini dərc etməyə hazırıq./azpolitika.info/
 

Son xəbərlər

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Putin yenə Qarabağdan danışdı

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Bütün xəbərlər