{category-title}

Banklar sahibkara “sahib çıxmır”: - Nəticə göz qabağında…

 

Azərbaycanın bank sektorunda rəqabətin kifayət qədər zəif olması kiçik və orta sahibkarların (KOS) maliyyəyə çıxışını məhdudlaşdırır.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) regionda kiçik və orta sahibkarların maliyyə inteqrasiyasına dair hesabatında deyilir. Hesabatda bildirilir ki, banklar arasında rəqabətin olmaması kiçik və orta sahibkarların maliyyəyə çıxışını məhdudlaşdırır: “Digər araşdırmalara görə, bank rəqabəti KOS-un maliyyəyə çıxışına müsbət təsir göstərir. Bank rəqabətinin ən yüksək əmsalı 1 bal, Azərbaycanda isə cəmi 0,3 baldır".

BVF qeyd edir ki, kredit məlumatları KOS-un rəsmi maliyyə mənbələrinə çıxışı üçün ən vacib amillərdən biridir: "Kredit məlumatlarının keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi maliyyə inteqrasiyası, eləcə də məşğulluq və iqtisadi artım üçün (xüsusilə KOS-la bağlı hallarda) çox faydalı ola bilər.

Girov tələblərinin çox yüksək olduğu ölkələrdə girovun kəmiyyətinə orta tələblər kreditin dəyərinin 250 faizinə çata bilər, kredit məlumatlarının yaxşılaşdırılması bu cür məhdudiyyətləri yumşalda və KOS-ların maliyyəyə çıxışını təmin edə bilər. Belə ölkələrə girov kəmiyyətinin 250 faizə çatdığı Azərbaycan da daxildir”.

Maraqlıdır, bank sektoru niyə kiçik və orta sahibkarlığa lazımi dəstəyi verə bilmir?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanın bank sektorunda rəqabətin zəif olması yeni problem deyil: “Bank sektorunda illərdir eyni xroniki problemlər davam edir. Ölkə bankları çox dar çərçivəli qrup tərəfindən nəzarətdədir. Bu da bu sektorda rəqabətli mühitin zəif olmasına, xarici banklara birbaşa girişinin məhdud olmasına səbəb olur. Məsələn, Gürcüstanda ana kapitalı Fransaya, Amerikaya və eləcə də Almaniyaya məxsus olan və bazarda birbaşa fəaliyyət göstərən bank filialları var. Bu isə rəqabətli mühitin artmasına, faiz dərəcələrinin aşağı düşməsinə səbəb olur. Təəssüf ki, Azərbaycanda bununla bağlı problemlər yaşanır. Yəni, xarici banklara birbaşa çıxış olmadığından rəqabətli mühit də zəifdir. Yerli bankların çox dar çərçivəli şirkətlər və qruplar tərəfindən idarə olunması rəqabətli mühitin zəifləməsinə səbəb olur. Əslində Azərbaycanın bank sektoru Avropadakı və eləcə də digər dövlətlərin bank sektorundan ciddi fərqlənir. Yəni, çox məhdud sayda xidmət göstərir. Belə ki, yerli banklar depozit qəbul edib yüksək faizlə kredit verməkdən başqa bir iş görmür.

Avropa və dünya təcrübəsi onu göstərir ki, kiçik və orta sahibkarlığa dəstək üçün bankların özlərinin paralel investisiya fondları olur. KOS-lara, startup layihələrə, yaxşı ideyası olan, amma pulu olmayan gənc iş adamlarına həmin fondlar vasitəsilə uzunmüddətli və aşağı faizli kreditlər verirlər. Yaxud da həmin ideyaya sahiblənərək həmin sahibkarla birlikdə investisiya layihələrində iştirak edib pay sahibi olurlar. Çox təəssüf ki, Azərbaycanda bankların həm də investor kimi fəaliyyət göstərməsi yox dərəcəsindədir. Buna görə də KOS-lara kredit faizləri həddən artıq yüksəkdir və çox qısamüddətli verilir. Azərbaycanda sahibkarların uzunmüddətli kreditlərə çıxış imkanları çox aşağı səviyyədir.

Bu isə biznesin inkişafına maneə olur. Çünki KOS-ların elə sahələri var ki, gəlirlilik səviyyəsinə çatmaq üçün orada bir neçə il gözləmək lazımdır. Bundan sonra həm krediti bağlamaq, həm gəlir əldə etmək, həm də vergi ödəmək mümkün olur. Azərbaycanda kreditlərin müddəti az olduğu üçün iş adamları əsasən xidmət sahələrinə yönəlirlər, istehsalla məşğul olmaq istəmirlər. Yəni, buna gücləri və vəsaitləri çatmır. Xidmət sahəsində alqı-satqı və yaxud da kafe-restoran fəaliyyəti ilə məşğul olmağa üstünlük verirlər ki, qısa zaman kəsimində krediti qaytara bilsinlər”.

Analitik onu da qeyd edib ki, investisiya orta və uzunmüddətli bir anlayışdır: “Hazırda Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək istəyirlər, bunun üçün də xüsusi proqramlar qəbul olunur. Amma kənd təsərrüfatının elə sahələri var ki, gəlirliyə çıxmaq üçün ən azı 6-7 il gözləmək lazımdır. Faiz dərəcələri yüksək olduqda gözləmək iş adamlarına baha başa gəlir. Ona görə də bu sahələrə maraq azalır.

Məsələn, çayçılığın inkişafı üçün bu kolun əkilməsindən ilkin məhsulun alınmasına qədər ən azı 6-7 il vaxt lazım olur. O cümlədən üzümçülük və şərabçılıqda da 6-7 il zaman lazımdır. Balıqçılıq təsərrüfatında elə sahələr var ki, orada bir neçə il gözləmək lazım gəlir. Məsələn, nərə balığının süni şəraitdə yetişdirilməsinə 9 il müddət lazımdır. Bunun üçünsə biznesin uzunmüddətli kreditlərə çıxış imkanları olmalıdır. Təəssüf ki, bu sahədə ciddi problemlər hələ də qalır, faizlər yüksək, müddətlərsə azdır”.

Natiq Cəfərli hesab edir ki, uzunmüddətli kreditlərlə rəqabət mühitini formalaşdırmaq olar: “Əgər uzunmüddətli və aşağı faizli kreditlərə çıxış imkanı olsa, müxtəlif sahələrdə yeni kiçik və orta sahibkarlar yarana bilər. Bu da mal və xidmətlərin çeşidinin artmasına, bolluğun yaranmasına, qiymətlərin tənzimlənməsinə, rəqabətli mühit şəraitində keyfiyyətin yüksəlməsinə səbəb ola bilər. Ümumiyyətlə, bank sektoru iqtisadiyyatın qan-damar sistemidir. Bu sistem normal çalışmalıdır ki, iqtisadiyyatın dövriyyəsində də artım olsun.

Kapital dövriyyəsi nə qədər tez və effektiv təmin edilirsə, ölkə iqtisadiyyatında ümumdaxili məhsulun artımı, yeni iş yerlərinin yaranması, əlavə vergi gəlirlərinin büdcəyə daxil olması kimi məsələlər də həll olunur. Ölkə beləliklə inkişaf edir. Ona görə bu sahə çox vacibdir. Təəssüf ki, bu sahədə ciddi dəyişikliklərə şahid olmamışıq. İstənilən halda bank sektorunda oyunçuların o qədər də dayanıqlı olmaması və rəqabətli mühitin yoxluğu bu sahənin inkişafına mane olan faktora çevrilib”. ( “Cümhuriyət”)

Son xəbərlər

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Putin yenə Qarabağdan danışdı

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Bütün xəbərlər