{category-title}

İyul ayında 43 dərəcə isti gözlənilir - PROQNOZ

 

İyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isənormadan 1-2 dərəcə yüksək olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər az olacaq.

Bakıda və Abşeron yarımadasındaiyul ayının birinci ongünlüyündə hava şəraitinin mülayim, isti keçəcəyi, cənub küləyinin üstünlük təşkil Orta aylıq temperaturun 27-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir.
Gecələr temperatur 22-27, gündüzlər 29-34, bəzi günlərdə 37-40 dərəcə isti təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 2-3 mm)Naxçıvan Muxtar Respublikasındaorta aylıq temperaturun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Gecələr temperatur 20-25, gündüzlər 31-36, bəzi günlərdə 38-43 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-16 mm) olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarındaorta aylıq temperaturun 19-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Gecələr temperatur 15-20, gündüzlər 22-27, bəzi günlərdə 30-33 dərəcə isti təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 36-73 mm)Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındaorta aylıq temperaturun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir.
Gecələr temperatur 21-26, gündüzlər 30-35, bəzi günlərdə 38-40 dərəcə isti təşkil edəcək.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 10-32 mm) olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarındaorta aylıq temperaturun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir.
Gecələr temperatur 18-23, gündüzlər 28-33, bəzi günlərdə 35-38 dərəcə isti olacaq.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 9-118 mm) gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarındaorta aylıq temperaturun 27-30 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir.
Gecələr temperatur 23-28, gündüzlər 31-36, bəzi günlərdə 38-43 dərəcə isti təşkil edəcək.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 3-22 mm) olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarındaorta aylıq temperaturun 24-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Gecələr temperatur 20-25, gündüzlər 29-34, bəzi günlərdə 36-38 dərəcə isti olacaq.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 7-33 mm) gözlənilir.

Son xəbərlər

İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI

İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib

DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar

"EU Reporter": Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb

Rusiya Krivoy Roqa hücum edib: ölən və yaralananlar var

Şıxlinski və oğlu barədə yekun qərar verildi

Bakı Zooparkı ləğv edilir

Prezidentlərin Şuşa gəzintisi möhkəm dostluq bağlarının bariz ifadəsidir

İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər

Sədr: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

BİZİM TƏQVİM:23 iyunda baş vermiş tarixi hadisələr

Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir

ADSEA: Su təchizatı ilə bağlı tənzimləmə işləri yekunlaşmaq üzrədir

Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Dövlət başçısı: Azərbaycan-Türkmənistan münasibətləri möhkəm təməl üzərində qurulub

Bu il narkotiklə bağlı 2110 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb

Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib - YENİLƏNİB

Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək

“Bunun sonu pis olacaq” - Zelenski

Bütün xəbərlər