{category-title}

Müşfiq 10 yaşından qisasla böyüyübmüş: “Qan fışqıranda həzz alırdım...”

Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin dəhşətli cinayəti törətməsinin təfərrüatı məlum olub.

MüşfiqTağıyev 26 ildir bu cinayətin qisası ilə yaşadığını bildirib.

Hadisə 2023-cü il oktyabrın 28-də Corat bağları yaşayış massivində baş verib. Fərdi yaşayış evlərinin birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və atası Dağbəyi Fərəcov ölüb. S.Karakaşın anası Tərlan Fərəcova, həyat yoldaşı Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri - Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.

İstintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisəni törədən zaman 36 yaşı olan Müşfiq deyib ki, 10 yaşı olanda qonşusu Anar Fərəcov tərəfindən əxlaqsız hərəkətə məruz qalıb. Onun sözlərinə görə, Anar onu zorlamağa cəhd edib. Anarın əlindən qaçmağı bacardığını deyən Müşfiq həmin gündən qisas hissi ilə yaşadığını söyləyib: “Anar bu hərəkəti etməsəydi, mənim də ailəm, uşağım olacaqdı. Bu nifrətlə 26 il yaşamışam. Uşaq vaxtı da dəfələrlə Anarın üzünə “kislota” tökmək istəmişəm. Həmin “kislota” hələ də evdədir. Amma Anarı tək tuta bilmədim. Bunun üçün gücüm də yox idi”.

Müşfiq ifadəsində pul yığıb barıt aldığını, bu hadisəyə hazırlaşdığını bildirib: “Həmişə şərəflə yaşamışam. Amma 26 il sonra dözə bilmədim. Barıt, benzin aldım. Anargilin evində kamera olduğunu bilirdim. İstəyirdim ki, Anar baş verənləri kamera görüntülərindən izləsin. Məqsədim uşaqlardan başqa hər kəsi öldürmək idi. Qonaq da olsa, sağ adam buraxmayacaqdım”.

Müşfiq əvvəlcə partlayış və yanğını törədib. Sonra qapının qarşısında dayanıb və evdən çıxan şəxsləri öldürməyə başlayıb: “Bütün kəmərim patronla dolu idi. Patronlar da, silah da mənə atamdan qalmışdı. Birinci Susananı vurdum. Arxasınca Serkan gəldi. Sonra da Dağbəyini vurdum”.

Müşfiq deyib ki, evdə olan şəxslərdən başqa heç kimi vurmaq niyyəti olmayıb. O, iki nəfər qonşunu bilmədən yaraladığını deyib. Əlavə edib ki, hadisə vaxtı başqa şəxsləri görsə də, onlara atəş açmayıb. Ətrafda insanların toplaşdığını görən Müşfiq oradan qaçıb.

Hadisəni törədəndən sonra atasının məzarını ziyarətə gedən Müşfiq o an yaşadıqlarını belə danışıb: “Atamın ruhuna baş verənləri danışdım. Məqsədim tutulmamaq idi. Tutulmasaydım, Anarı da öldürəcəkdim”.

Məzarlıqdan evə gedən Müşfiq iki gün orada qalıb. Hadisə barədə xəbərləri televiziyadan izləyib.

Müşfiq dindirilən zaman niyə qisasını Anarın ailəsindən aldığını belə izah edib: “Anarı sonuncu dəfə 2012-ci ildə görmüşəm. Sonra onu görmədim. Hansı ölkəyə getdiyini bilmədim”.

Suallara cavab verən Müşfiq bu cinayətə tam olaraq 2020-ci ildən hazırlaşdığını bildirib. O, basqına gedən zaman üzərində bir neçə bıçaq, xəncər, odlu silah, 7 litr benzin və 1 kiloqramdan çox barıt olub.

Əməlindən qəti olaraq peşman olmadığını deyən Müşfiq əlavə edib ki, başqa heç bir qisas onu sakitləşdirə bilməzmiş.

Müşfiqin ifadəsinin bəzi hissələri isə tükürpədicidir. O, ilk olaraq Susananı vurmasından necə həzz aldığını istintaqda belə danışıb: “Susananı vuranda boğazından qan fışqırdı. Mənim üçün çox böyük həzz oldu. Məqsədim Susananın övladlarının ağlayışlarını, hayqırışlarını görmək və ailənin bütün üzvlərini öldürmək idi. Uşaqların “ana, ana” deyərək qışqırmasından həzz alırdım”.

Bütün cinayəti əvvəlcədən planlaşdıran Müşfiq deyib ki, evi yandırmaqda məqsədi evdəkilərin həyətə çıxmasına nail olmaq olub. O, qapının qarşısında dayanaraq çıxan şəxslərə bir-bir atəş açmağa başlayıb. İlk çıxan 3 nəfəri öldürüb.

Bu dəhşətli əməlləri törədən Müşfiq Tağıyev ömürlük azadlıqdan məhrum edilib.(Musavat)

Son xəbərlər

Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb - FOTO

Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək

“Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib

Moldovanın hava sahəsində 5 dron müşahidə olunub

Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Ali Məhkəmə podrat müqavilələri üzrə məhkəmə təcrübəsinə aydınlıq gətirib

DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib

AVRO-2026: Bu gün Milli Gimnastika Arenasında C qrupunun daha iki oyunu keçiriləcək

BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr

Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib

Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər