{category-title}

<!-- x-tinymce/html -->

Orduxan da prokurorluğa çağırıldı - Barəsində həbs qərarı var

Bəbirov Orduxan Teymurxan oğlu Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

Təqsirləndirilən şəxsə izah edilir ki, o, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə mayın 16-sı saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Baş Prokurorluğun İstintaq İdarəsinin inzibati binasına gəlməlidir.

Bildirilib ki, 202006049 nömrəli cinayət işi üzrə Bəbirov Orduxan Teymurxan oğlunun Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci  maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 07 sentyabr 2020-ci il tarixli qərar qəbul edilib. Həmin qərara əsasən, onun 19 aprel 2019-cu il tarixdən 07 avqust 2019-cu il tarixədək olan müddətdə qabaqcadan əlbir olduğu, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərlə birlikdə “Youtube” və “Facebook” sosial media hesablarında yerləşdirdiyi videoçarxlarda Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.

Bəbirov Orduxan Teymurxan oğlu istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 07 sentyabr 2020-ci il tarixli qərarla barəsində axtarış elan edilib və  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Orduxan Bəbirova izah edilir ki, ibtidai istintaqda şəxsən iştirak etmək, özünün seçimi əsasında müdafiəçi vasitəsilə təmsil olunmaq və digər prosessual hüquqlara malikdir. Müdafiəçidən istifadə etmək istədiyi halda, müdafiəçi barədə məlumatları cinayət prosesini həyata keçirən orqana göndərməlidir.

Cinayət-Prosessual Məcəllənin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Orduxan Bəbirova xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.

Qeyd edək ki, daha əvvəl Baş Prokurorluq Qurban Məmmədov, Tural Sadıqlı, Orxan Ağayev, Süleyman Süleymanlı, Elşad Abdullayev və digərlərinin İstintaq İdarəsinə çağırılması barədə də məlumat yayıb.

Son xəbərlər

Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb - FOTO

Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək

“Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib

Moldovanın hava sahəsində 5 dron müşahidə olunub

Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Ali Məhkəmə podrat müqavilələri üzrə məhkəmə təcrübəsinə aydınlıq gətirib

DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib

AVRO-2026: Bu gün Milli Gimnastika Arenasında C qrupunun daha iki oyunu keçiriləcək

BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr

Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib

Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər