{category-title}

Bu nazirlikdə işçilər kütləvi ixtisar olunur? - Nazir müavini aydınlıq gətirdi - ÖZƏL

 

 

“Bütün rayonlarda Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzləri olacaq və nazirliyin tabeliyində olan dövlət xidmətlərinin yerli qurumları regional prinsiplər əsasında çalışacaqlar”. 

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Oxu.Az-a müsahibəsində bildirib.

O qeyd edib ki, DOST konsepsiyasının əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, mərkəzlər “ön” ofis rolunu oynayacaq:

“Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə ünsiyyəti bu mərkəzlər vasitəsilə olacaq. Amma bizim qurumun tabeliyində Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Xidməti, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti və Dövlət Əmək Müfəttişliyi Xidməti fəaliyyət göstərir.

Bu qurumların xidmətlərini DOST-da cəmləşdirmişik. Bu qurumların yerli bölmələrinin regional prinsiplər arasında fəaliyyət göstərməsini planlaşdırmışıq. Bu, həm də nazirliyin strukturunun təkmilləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 2019-cu ilin dekabr ayında imzaladığı fərmanda öz əksini tapıb.

Planımız belədir ki, bütün rayonlarda DOST mərkəzləri olacaq və nazirliyin tabeliyində olan dövlət xidmətlərinin yerli qurumları regional prinsiplər əsasında çalışacaqlar”. 

“Ölkədə iqtisadi regionların sayı 10-dur. Növbəti mərhələlərdə biz regional bölmələrimizin sayını da 10-a çatdıracağıq. Biz DOST mərkəzlərini komplektləşdirəndə ilk növbədə yerli qurumların kadr potensialından istifadə edirik.

Orada olan mütəxəssisləri DOST-a cəlb edirik. Yerdə qalanlar isə - bölmələr “arxa” ofis kimi birləşəndə, həmin işçilər də o idarədə çalışacaqlar. Burada ixtisardan söhbət gedə bilməz”, - deyə A.Əliyev qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə və bir sıra saytlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST mərkəzi yarandıqdan sonra rayonlar üzrə fəaliyyət göstərən şöbələrin, bölmələrin birləşdirilməsi, işçilərin ixtisar olunması barədə məlumatlar yayılmışdı.

Son xəbərlər

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Zelenski: "Yaroslavl" neft emalı zavoduna endirilən zərbə uğurlu olub

İranda Təbriz Günü qeyd edilib

Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı!

ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb

Tərtərdə ər-arvadın yanaraq öldüyü yanğının qəsdnən törədildiyi məlum olub

Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

Bakının üç rayonunda və Mingəçevirdə işıq olmayacaq

Tailandda məktəbdə atışmada ölənlərin sayı yeddi nəfərə çatıb – YENİLƏNİB

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanda şahmatın inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə edilib

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib

UEFA Konfrans Liqası: "Qarabağ"ı "Dinamo" ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

ARDNF 3 illik auditor seçir

Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

Bütün xəbərlər