{category-title}

Kəlbəcər rayon 23 saylı tam orta məktəbi gündəlik yeni bir uğura imza atır

 Təcrübəli iş prinsipi ilə əksər vəzifə sahiblərindən fərqlənən Həqiqət xanım Şükürova, bu gün əzmlə çalışır ki, təhsilimizə daha dəyərli töhfələrini bəxş edə bilsin

AzərbaycanRespublikası ikinci dəfə müstəqillik hüququnu əldə edib demokratik cəmiyyət quruculuğu yoluna qədəm qoyduqdan sonra, hər sahədə olduğu kimi təhsil sahəsinin inkişafı üçün də qarşıya yeni tələblər, yeni vəzifələr qoyuldu. Çox keçmədi ki, bu sahədə ciddi addımlar atıldı, bir çox yeniliklərin əsası qoyuldu və ölkəmizin təhsil sahəsi hiss olunacaq dərəcədə inkişaf etməyə başladı.

Xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyev vaxtilə təhsil işçiləri ilə keçirdiyi görüşlərin birində demişdir. “Təhsil dövlətin əsas dayaqlarından biridir,ona görə də bu sahəyə hər zaman dövlət qayğısı göstərilməlidir”. Bəli, bu gün dövlətimizin təhsilin inkişafına, paralel olaraq problemlərinin aradan qaldırılmasına göstərdiyi diqqət və qayğı, yenə də özünü göstərməkdədir. Təhsili Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edən möhtərəm prezidentimiz cənab İlham Əliyev də, prezident seçildiyi ilk gündən indiyə kimi, təhsilimizin inkişafına diqqət və qayğı ilə yanaşmış, Azərbaycanda təhsilin səviyyəsinin dünya təhsil sahəsinin inkişaf göstəricilərinə cavab verən bir səviyyəyə çatdırmağa çalışmışdır. Məhz, belə bir diqqət və qayğının nəticəsi olaraq, son illər təhsilimiz özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.Açıq-aydın şəkildə qeyd edək ki, müasir dövrümüzün inkişafı, onun tərəqqisi, yaxud da hər bir problemin həlli, yalnız və yalnız təhsilimizin inkişafından asılıdır desək, heç də yanılmarıq. Çünki, təhsilimizi inkişaf etdirmədən qarşımızda duran ən vacib problemləri, həlli vacib olan məsələləri heç cür həll edə bilmərik. Bir sözlə, təhsilimizin səviyyəsi yaşadığımız cəmiyyətin inkişafını şərtləndirən əsas səbəb, eyni zamanda inkişaf göstəricisini müəyyən edən başlıca amildir.

Bəli, fəxrlə qeyd edə bilərik ki, son illər respublikamızda təhsilin inkişafı, keyfiyyət göstəricisinin yeni tələblərə cavab verməsi istiqamətində müəyyən addımlar atıldı ki, bu gün də həmin addımlar öz bəhrəsini verməkdədir. Yəqin ki, hər kəsə o halın da varlığı bəllidir ki, illər öncə uzun-uzadı müzakirələrdən sonra MM-də təhsilin inkişafı, problemlərinin aradan qaldırılması istiqamətində qəbul olunmuş “Təhsil Qanun”nun qəbulu, bu sahənin yeni bir mərhələyə qədəm qoymasına əsaslı stimul verdi. Bu Qanunun qəbulu, sanki Azərbaycanın təhsil sahəsində bir tramplin rolunu da oynadı. Hal-hazırda təhsilimizin müasirləşməsi, Avropa təhsil sisteminin ən son nailiyyətlərinin tətbiqi, müasir Azərbaycan təhsilində hiss olunan reallıqlardır. Ümumiyyətlə, “Təhsil Qanun”nun qəbulu çox mühüm əhəmiyyət kəsb edən məsələ oldu və bu da, mahiyyət etibari ilə bir çox problemlərin həllinə imkan verdi.

Onu da bildirək ki, bu gün təhsilimizin inkişafına dəyərli töhfələrini bəxş edən elə təhsil ocaqları var ki, onların fəaliyyətlərini, eyni zamanda bu sahənin inkişafı yöndə atdıqları addımların əhəmiyyətıni heç nə ilə müqayisə etmək olmaz. Belə təhsi ocaqlarından biri də,Kəlbəcər rayonundakı 23 saylı tam orta məktəbdir. Artıq neçə illərdir ki, təhsil sahəsində zəngin və təcrübəli iş fəaliyyəti ilə ad çıxaran Həqiqət xanım Şükürovanın bu təhsil ocağına rəhbərlik etməsi, qeyd olunan sahənin saysız-hesabsız uğurlara qovuşmasına səbəb olmuşdur. Bu təhsil müəssisəsində müxtəlif ixtisaslar üzrə dərsliklərin tədrisi, davamiyyətin günün tələblərinə cavab verməsi, dərs saatlarında şagirdlərə hərbi vətənpərvərlik əhvali-ruhiyyəsinin aşılanması, kollektiv arasında sağlam mühitin yaradılması və s. 23 saylı orta məktəbdə rəhbərliyin iş fəaliyyətini müəyyən etməyə imkan verir. Müxtəlif sinif otaqlarında quraşdırılan kompüterlərdə Azəbaycan tarixi, biologiya, kimya, fizika və digər ixtisas fənləri üzrə elektron təlim materiallarından və digər əyani vəsaitlərdən istifadə olunma da, artıq öz bəhrəsini verməkdədir.

Bir faktı da qeyd edək ki, hal-hazırda təhsilimizin inkişafında, onun tərəqqisində yaxından iştirak etməklə şərəfli yükün daşıyıcısına çevrilən 23 saylı orta məktəbin yeni-yeni uğurlara sahib çıxması, məhz ümumi inkişafımızı şərtləndirən səbəblərdəndir. Çünki, adı çəkilən təhsil müəssisəsinin direktoru çox hörmətli Həqiqət xanımın peşəkarlığı, düzgün idarəçilik qabiliyyəti, daxili potensialının göstəricisi, savadlı və peşəkar müəllimləri öz ətrafında birləşdirə bilmək bacarığı, ümumiyyətlə Azərbaycan təhsilinin inkişafına yeni-yeni töhfələrini bəxş edə bilməsi və s, olduqca əhəmiyyət kəsb edən məsələlərdəndir. Bütün bunların da əsasında, məhz yuxarıda qeyd etdiyimiz kimi Həqiqət xanım Şükürovanın öz üzərinə düşən vəzifəsini yüksək professionallıqla həyata keçirməsi durur. Onu tanıyan hər kəs bilir ki,23 saylı orta məktəbindirektoru Vətəni, dövləti və xalqı uğrunda əzmlə çalışan bir xanımdır.

Bəli, bu gün o, öz xoşbəxtliyini, səadətini Vətəninə, xalqına ləyaqətlə xidmətdə görür və özünün işgüzarlığı ilə də, nəinki Kəlbəcər rayonunda, hətta ətraf şəhər və rayonlarda da tanınır. Həqiqət xanım ulu öndər Heydər Əliyevin siyasi kursuna hər zaman sadiq olan simalardan biridir. O, heç bir təmanna güdmədən, vəzifədə olub-olmamasına fərq qoymadan belə, daim prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyiə xidəmət etməyi özü üçün qürur bilir. Belə bir səbəblər üzündəndir ki, heç bir qüvvə heç zaman Həqiqət xanım Şükürovanı tutduğu yolundan döndərə bilməz. Bəli, o, özünün idealı hesab etdiyi ulu öndər Heydər Əliyev kimi, layiqli və ləyaqətli insanlara dəyər verməkdən xüsusi zövq alır. Bütün bunların da kökündə, onun yüksək elmi savada və xüsusi qabiliyyətə malik olmasıdır. Həqiqət xanım rəhbərlik etdiyi təhsil müəssisəsində hər bir şagirdə, müəllim kollektivinə, bir sözlə hər kəsə olduqca diqqət və qayğı ilə yanaşır. Atdığı addımların nəticəsidir ki, bugün rəhbərlik etdiyi kollektiv üzvünün hər birinin dövlətimizə, cənab Prezidentimizə inamları artmaqdadır.

Diqqəti bir məqama da yönəldək ki, Həqiqət xanım Şükürova ona etibar edilən bütün işlərdə hər zaman özünü layiqincə doğruldub. O, daha çox gənc nəslin nümayəndələri ilə işbirliyində olduğundan, xeyli müddət bundan öncə Gənclər Mərkəzi ictimai birliyi onu “Gənclərin dostu” fəxri diplomu ilə təltif edir. Atılan belə bir addıma görə də, Həqiqət xanımictimai birliyin sədrinə və müavininə dərin minnətdarlığını bildirir, hətta ictimai birliyə gələcək fəaliyyətlərində yeni-yeni uğurlar da arzulayır.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Həqiqət xanım başda olmaqla Kəlbəcər rayonundakı 23 saylı tam orta məktəbin işgüzar kollektivi, bundan sonra da onlara göstərilən etimadın məsuliyyətini daha dərindən dərk edib, gənc nəslin təlim-tərbiyyəsində, gələcək həyata hazırlanmasında mümkün imkanlarından lazımınca istifadə edəcəklər.

Hazırladı: Xəlil Yusifoğlu

Son xəbərlər

Gələn ildən Rusiyaya səfərlə bağlı yeni qaydalar qüvvəyə minəcək

İraq Prezidenti Azərbaycan səfirini fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

İran Azad Universitetinin bir fakültəsində təhsil haqqı 300 faiz artıb

Putin Slovakiyanın Baş naziri ilə qaz problemi və Ukrayna məsələsini müzakirə edib

İlham Əliyev bu idmançıları təltif etdi - SİYAHI

Tibb müəssisələrində yoxlama: 131 nəfər məsuliyyətə cəlb olunub

QMİ sədri: Bəzi din xadimləri vahid geyim formasına əməl etmir

Salamını almadı, əli hava qaldı - FOTO

Məşhur bağçanın müdiri 428 minlik dələduzluqda təqsirli bilinir

Dünya bazarlarında neft bahalaşıb

Tramp: Qrenlandiya Amerikanın mülkiyyətinə keçməlidir

Bakıda tıxac olan yollar açıqlanıb – SİYAHI

Türkiyə ordusu İraqda PKK-nın 6 üzvünü öldürüb

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı açıqlanıb

Sadır Japarov Avropa Parlamentini Qırğızıstanın işlərinə qarışmamağa çağırıb

Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi

Kazan hava limanında uçuşlar müvəqqəti dayandırılıb

İki gün ərzində vətəndaşların bank kartlarından 149 min manata yaxın pul oğurlanıb

Yol polisi sürücülərə çağırış etdi

Azərbaycanda aktyor vəfat edib

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti İlham Əliyevi təbrik edib

Makronun sözləri müxalifəti qəzəbləndirdi

Sabahdan Azərbaycanda qış fəsli BAŞLAYACAQ

Bütün xəbərlər