{category-title}

XİN rəhbəri Qarabağ danışıqları ilə bağlı sənədlərin bəzi detallarını açıqladı

 Doğrudur, münaqişənin həlli üzrə danışıqlar prosesində bu il ərzində konkret irəliləyiş olmayıb, lakin bunu “danışıqlar dalana dirənib” kimi dəyərləndirmək düzgün olmazdı.
Bunu Oxu.Az-a və bir neçə KİV-ə müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.
O bildirib ki, 2019-cu il ərzində irəli sürülən çoxsaylı görüşlər və konkret təşəbbüslər danışıqlar prosesinin davam etdirilməsinə müəyyən ehtiyac olduğunu göstərir.

“Biz hər zaman bəyan etmişik ki, nə qədər ki, münaqişənin danışıqlar, sülh yolu ilə həlli imkanı var, biz bu imkandan istifadə edəcəyik. Əlbəttə, məqsəd mahiyyət üzrə, substantiv danışıqlar aparıb prosesi irəli aparmaqdır.
Bunun üçün bütün prinsiplər, elementlər, mərhələlər işlənib hazırlanıb, müzakirə edilib və yenidən nəzərdən keçirilib”,- deyə nazir əlavə edib.
E.Məmmədyarov əlavə edib ki, bu günədək hazırlanmış bütün sənədlərdə münaqişənin mərhələli həlli, işğal olunmuş ərazilərimizin azad olunması, məcburi köçkünlərin geri qayıtması, növbəti mərhələdə status məsələsinin həlli məsələlərinə aydınlıq gətirilir.
“Bu elementlərlə tanış olmaq üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu ilin 9 mart tarixli bəyanatı ilə tanış olmanız kifayətdir. Ermənistan tərəfindən davamlı şəkildə qaldırılan təhlükəsizlik və status məsələsinə gəldikdə, bir daha vurğulamaq istərdim ki, hər iki məsələ həll prosesi çərçivəsində, ATƏT-in müvafiq qərarlarına, habelə bildiyiniz kimi tətbiqi üçün zaman məhdudiyyəti olmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq tənzimlənməlidir. Qarabağın Azərbaycanlı əhalisi geri qayıtmadan, hansı statusdan danışa bilərik? Eləcə də təhlükəsizlik məsələsi bölgənin erməni icması ilə yanaşı, azərbaycanlı icması üçün də kifayət qədər önəmlidir və burada beynəlxalq sülhü qoruma mexanizmlərindən istifadə olunmasına ehtiyac duyulduğu hamıya bəllidir.
Soruşursunuz ki, danışıqların aparılması bizə nə verib. Münaqişəni həll etmək danışıqlar aparmaq deyil, bəs nədir? Münaqişə yenidən alovlanarsa belə, yenidən danışıqlar başlayacaq, çünki nə əbədi davam edən müharibə, nə də danışıqlar mövcuddur”, - deyə E.Məmmədyarov bildirib.
O danışıqların aparılmasının vacibliyini belə əsaslandırıb:
“Danışıqları ona görə aparırıq ki, pozulmuş beynəlxalq hüquq normalarını bərpa edək. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini bərpa edək.  Azərbaycanın sözündə və əməlində bir olduğunu və sülh yolu ilə həlli potensialı bitməyənədək danışıqlara sadiq qaldığını nümayiş etdirək. Danışıqları aparırıq ki, Azərbaycan ərazilərini işğaldan azad edək!
Bu gün Ermənistanın işğalçılıq siyasəti səbəbindən Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil və tərəflər arasında danışıqlar, beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına cavabdeh olan BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, dünyanın üç aparıcı ölkəsinin vasitəçilik səyləri ilə aparılır”.

Son xəbərlər

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Media: İranın Xark adasında partlayış olub

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək

WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır

Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

Bütün xəbərlər