{category-title}

Azərbaycan Prezidentinin Avstriyaya işgüzar səfərinin nəticələrinə dair

 

19 mart Vyanada Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında keçirilən görüş Azərbaycan Respublikasının növbəti diplomatik uğurudur.

Bu görüşün keçirilməsi bir daha təsdiq etdi ki, danışıqlar yalnız Azərbaycan Respublikası və Ermənistan arasında aparılır və danışıqların formatı dəyişməz qalır.

Xeyli müddət keçdikdən sonra Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəsi ilə ilk dəfə görüş keçirildi. Bundan əvvəllər Ermənistan tərəfi danışıqların formatının dəyişdirilməsi ilə bağlı müxtəlif iddialar irəli sürürdülər. Lakin 9 mart tarixində ATƏT-in Minsk Qrupu həmsədrləri Bəyanatla çıxış edərək formatın dəyişdirilməsinin qəbuledilməzliyini bildirdilər. Azərbaycan tərəfi də öz növbəsində dəfələlə formatın dəyişilməzliyini vurğulamışdı.

Vyanada dövlətimizin başçısı və Ermənistanın baş naziri arasında 2 saatdan artıq təkbətək görüş keçirilmişdir. Daha sonra görüşə həmsədrlər və 2 ölkənin xarici işlər nazirləri də qatılmışdır, toplam 3 saatdan artıq müddətdə danışıqlar aparılmışdır.

Bu görüş danışıqlar prosesinə yeni bir impuls vermişdir. Nəticə etibarilə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədlər tərəfindən birgə “3+2” formatında Bəyanat verilmişdir.

Bəyanatda qeyd olunur ki, görüş əsnasında danışıqlar prosesinin əsas məsələləri və substantiv məqamları barədə fikir mübadiləsi aparılmışdır. Sülh prosesinin irəli aparılması üçün mühitin yaradılması, münaqişənin həlli üçün danışıqlar prosesində konkret və nəticəyönümlü addımlar atılmasının vacibliyi qeyd olunmuşdur.

Dövlət başçılarının görüşündən əvvəl 2 ölkənin xarici işlər nazirləri arasında 4 dəfə görüş keçirilib. Bu da formatın eyni şəkildə davam etdirilməsinin göstəricisidir.

Bəyanatda atəşkəslə bağlı məqamlar da qeyd edilmişdir. Həmçinin, atəşkəsin davam etdirilməsi, danışıqların intensiv, substantiv əsaslarla bir birini tamamlaması vacib şərtlərdəndir, bunlar parallel və davamlı aparılmalıdır.

Danışıqlar prosesinin mahiyyətinə gəldikdə, Azərbaycan Respublikasının mövqeyi bəllidir və birmənalı xarakter daşıyır. Mövqeyimizi əsasən Helsinqi yekunu haqqında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri təşkil edir və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.

O cümlədən bu səfər Azərbaycan və Avstriya arasındakı münasibətlərin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlət başçısı Avstriya Federal kansleri, Avstriya Prezidenti və vitse-kansleri ilə görüşlər keçirmişdir. 2 ölkənin təşəbbüsü ilə Birgə Əməkdaşlıq Şurası adlı yeni bir əməkdaşlıq formatı yaradılmışdır. Burada da 2 ölkənin aidiyyatı nazirliləri, işgüzar dairələri bir araya gətirilir.

Görüş əsnasında bir daha qeyd olundu ki, Azərbaycan və Avstriya arasında yüksək səviyyəli siyasi əlaqələr mövcuddur. Azərbaycan Avstriyanın Cənubi Qafqaz regionunda əsas iqtisadi tərəfdaşıdır. İqtisadiyyat, ticarət, kənd təsərrüfatı, nəqliyyat, turizm, enerji və texnologiyalar kimi sahələrdə əməkdaşlığın böyük perspektivləri vardır. Avstriya şirkətləri Azərbaycanda fəal surətdə çalışırlar. Avstriya şirkətləri Azərbaycanda İçəri Şəhərdə bir sıra tarixi abidələrin bərpasında, dağ xizək turizm komplekslərinin yaradılmasında yaxından iştirak etmişlər.

Avstriya rəhbərliyi Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir və bu səfər Azərbaycanla Avstriya əlaqələrinin hərtərəfli inkişaf etirilməsi üçün münbit zəmin yaratmış oldu. Avstriya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını yaxından dəstəkləyir. Məhz Avstriyanın sədrliyi dövründə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetləri sənədi imzalanmışdır.

Nəqliyyat sahəsində 2 ölkə arasında böyük perspektivlər var. Azərbaycanın regionda yaratdığı infrastruktur imkanları Avstriya şirkətlərinin yeni bazarlara çıxışı üçün əlverişli imkanlar yaradır ki, Avstriya tərəfi də bunda maraqlıdır.

Son xəbərlər

Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb

Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb - FOTO

Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək

“Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib

Moldovanın hava sahəsində 5 dron müşahidə olunub

Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Ali Məhkəmə podrat müqavilələri üzrə məhkəmə təcrübəsinə aydınlıq gətirib

DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib

AVRO-2026: Bu gün Milli Gimnastika Arenasında C qrupunun daha iki oyunu keçiriləcək

BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr

Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib

Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Bütün xəbərlər