{category-title}

Təhsil Nazirliyi monitorinq keçirəcək

 

Təhsil Nazirliyi monitorinq keçirəcək

 

 

Dekabrın 26-da Təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə ali təhsil müəssisələrinin prorektorları ilə görüş keçirilib.

Təhsil Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, orta ixtisas təhsili müəssisələrinin direktorları, direktor müavinlərinin də iştirak etdiyi görüşdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, tədbirin məqsədi təhsil müəssisələrində tərbiyə işinin təşkili ilə bağlıdır. Firudin Qurbanov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş tədbirdəki konseptual çıxışında dünyadakı çağırışlar, Azərbaycanın bu çağırışlara müvafiq yanaşması, ölkəmizdə aparılan islahatlar, eləcə də təhsil müəssisələri qarşısında duran həlli vacib vəzifələrə, həmçinin bir sıra digər məsələlərə toxunub.

IV sənaye inqilabından danışan Təhsil nazirinin müavini qeyd edib ki, bu dövr həm də süni intellektin sənaye və istehsalatda geniş tətbiq olunması ilə müşayiət olunur. Yeni çağırış və dəyişikliklərin təhsil sisteminə təsirindən danışan Firudin Qurbanov bildirib ki, belə bir şəraitdə təhsil müəssisələri qarşısında hərtərəfli, müasir biliklərlə yanaşı, həm də ünsiyyət qurma bacarıqlarına malik, komanda mühitində işləməyi, öz işini proqnozlaşdırmağı bacaran gənclərin yetişdirilməsi mühüm şərtdir. Nazir müavininin sözlərinə görə, ali təhsil müəssisələri təkcə bilik və bacarıqlara deyil, həm də müxtəlif insani keyfiyyətlərə, qabiliyyətlərə malik insan yetişdirməlidir ki, onlar cəmiyyətə fayda versinlər. Bu mənada ali təhsil müəssisələri qarşısında çətin, məsuliyyətli vəzifə durur.

Təhsil nazirinin müavini gənclərin milli ruhda tərbiyəsi, onlarda vətənpərvərlik hissinin aşılanmasında ali təhsil müəssisələrinin qarşısında duran  mühüm vəzifələrdən danışıb.  Ali təhsil müəssislərində gənclərlə müvafiq işlərin aparılmasının zəruriliyini qeyd edən Firudin Qurbanov gənclərin mühüm mədəni-kütləvi, incəsənət tədbirlərinə, intellektual oyunlara, idman yarışlarına cəlb olunmasının vacibliyini qeyd edib. Nazir müavini təhsil müəssisələrində təlim-tərbiyə işinin gedişi ilə bağlı müvafiq monitorinqlər aparılacağını əlavə edib.

Daha sonra qarşılıqlı fikir mübadiləsi şəkilində davam etdirilən görüşdə təhsil müəssisələrində tərbiyə işinin gücləndirilməsi  və digər məsələlərlə bağlı təkliflər səsləndirilib.

Son xəbərlər

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Zelenski: "Yaroslavl" neft emalı zavoduna endirilən zərbə uğurlu olub

İranda Təbriz Günü qeyd edilib

Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı!

ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb

Tərtərdə ər-arvadın yanaraq öldüyü yanğının qəsdnən törədildiyi məlum olub

Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

Bakının üç rayonunda və Mingəçevirdə işıq olmayacaq

Tailandda məktəbdə atışmada ölənlərin sayı yeddi nəfərə çatıb – YENİLƏNİB

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanda şahmatın inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə edilib

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib

UEFA Konfrans Liqası: "Qarabağ"ı "Dinamo" ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

ARDNF 3 illik auditor seçir

Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

Bütün xəbərlər