{category-title}

İlham Əliyev yeni mərkəz yaratdı - FƏRMAN

 

Prezident İlham Əliyev Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi (bundan sonra – Mərkəz) yaradılıb.

Müəyyən edilib ki:

Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;

Mərkəzin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir.

Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Respublikasının Prezidentinə:

Mərkəzin yenidən təşkili və ləğv edilməsi;

Mərkəzin idarəetmə orqanlarının yaradılması;

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə:

Müşahidə Şurasının sədr və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

TƏBİB-ə:

Bu Fərmanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

TƏBİB:

Mərkəzin nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etsin;

Mərkəzin nizamnaməsi təsdiq edildiyi gündən üç gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Mərkəz dövlət qeydiyyatına alındığı günədək Talassemiya Mərkəzi publik hüquqi şəxs və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu fəaliyyətlərini davam etdirirlər.

Son xəbərlər

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

İlham Əliyev Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

Bazar günü Azərbaycanda 38 dərəcə isti olacaq

CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır

Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib

İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoyub

FHN həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciət edib

Dünya bazarlarında neft ucuzlaşıb

Axtarışda olan 83 nəfər saxlanılıb

Qazaxda yol qəzasında 3 nəfər xəsarət alıb

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub

Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis - ŞƏRH

Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib

Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir - RƏSMİ

Kəlbəcərdə mina partlayışı olub

Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq

Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?

Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir

İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi son oxunuşda qəbul edilib

Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib

Bütün xəbərlər