{category-title}

Çin dekabrın 26-da bəzi Amerika məhsullarını əlavə rüsumlardan azad edəcək

 

Çin əlavə rüsumlara məruz qalmayacaq Amerika məhsullarının ikinci siyahısının ilk hissəsini elan edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Çin Dövlət Şurası nəzdində fəaliyyət göstərən Gömrük rüsumları və tariflər üzrə komitəsinin bəyanatına əsasən, bu tədbirlər dekabrın 26-da qüvvəyə minəcək və bir il qüvvədə qalacaq. Rüsumlara məruz qalmayacaq Amerika məhsullarının ikinci siyahısının ilk hissəsinə ağ yağ (xam neftin fraksiyalaşması yolu ilə əldə edilən karbohidrat qarışığından ibarət şəffaf maye), mikrokristallik qida parafini, yüksək sıxlıqlı polietilen, metallosen, etilen-propilen sopolimer və bir sıra digər materiallar daxildir.

Bəyanatda Gömrük rüsumları və tariflər üzrə komitənin əlavə rüsumlardan azad ediləcək məhsulların yeni siyahısını tərtib edəcəyi və ikinci siyahının ikinci hissəsinin vaxtında elan edəcəyi bildirilir.

Xatırladaq ki, ABŞ və Çin dekabrın 13-də ticarət sövdələşməsinin birinci fazası üzrə razılığa gəlib. Birləşmiş Ştatların ticarət danışıqlarındakı nümayəndəsi Robert Laythayzer əldə olunan sazişin Amerika məhsullarının Çinə ixrac həcmini ikiillik dövr ərzində 200 milyard dollaradək artırmağa və ABŞ-ın ticarət kəsirini azaltmağa imkan verəcəyini deyib.

Ticarət nümayəndəsinin sözlərinə görə, Çin məhsullarına azaldılmış Amerika rüsumları sazişin imzalanmasından 30 gün sonra qüvvəyə minəcək.

Son xəbərlər

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Zelenski: "Yaroslavl" neft emalı zavoduna endirilən zərbə uğurlu olub

İranda Təbriz Günü qeyd edilib

Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı!

ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb

Tərtərdə ər-arvadın yanaraq öldüyü yanğının qəsdnən törədildiyi məlum olub

Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

Bakının üç rayonunda və Mingəçevirdə işıq olmayacaq

Tailandda məktəbdə atışmada ölənlərin sayı yeddi nəfərə çatıb – YENİLƏNİB

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanda şahmatın inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə edilib

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib

UEFA Konfrans Liqası: "Qarabağ"ı "Dinamo" ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

ARDNF 3 illik auditor seçir

Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

Bütün xəbərlər