{category-title}
Gündəm / Cəmiyyət
27.11.2019, 10:28
Nazir bu yüksək vəzifəli şəxsi işdən çıxardı
Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin direktoru işdən çıxarılıb.
Unikal.org xəbər verir ki, Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin direktoru Əkbər Ağayev vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
Nazirin digər əmri ilə həmin vəzifəyə Tural Rzayev təyin edilib. T.Rzayev bu təyinata qədər 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri işləyib.
Xəbəri Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzindən təsdiqləyiblər.