{category-title}

Ermənistan baş nazirinin növbəti fiaskosu: Paşinyanın İtaliyaya səfərinin bilinən və bilinməyən tərəfləri - ŞƏRH

 

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 20-22-də İtaliyada səfərdə olub.

"Report"un xəbərinə görə, bu səfərin təşkil olunmasına erməni tərəfi xeyli müddətdir çalışmış və bunun üçün İtaliya rəsmilərinə israrla yalvarıb.

Belə ki, Azərbaycanla İtaliya arasında müxtəlif sahələrdə yaxın əməkdaşlıq və strateji tərəfdaşlıq, yüksək səviyyədə siyasi dialoq, iqtisadiyyat və mədəniyyət sahələrində geniş mübadilələr Ermənistanı ciddi şəkildə narahat edir. Xüsusilə də, Ermənistan İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmasını, gələn il TAP layihəsinin fəaliyyətə başlayacağından sonra iki ölkə arasında əməkdaşlığın daha da güclənəcəyindən yaxşı xəbərdardır.

Amma Ermənistanın bütün canfəşanlığına baxmayaraq, N.Paşinyan səfər zamanı İtaliya Prezidenti Sercio Mattarella ilə görüşə bilməyib. Onun eləcə də Deputatlar Palatasının sədri Roberto Fiko ilə də görüşü də alınmayıb. Rəsmi görüşlər arasında sadəcə öz italiyalı tərəf müqabili Cüzeppe Konte ilə və Senatın sədri Maria Elsabetta Kazellati ilə görüş keçirilib.

Ermənistan baş nazirinin növbəti fiaskosu: Paşinyanın İtaliyaya səfərinin bilinən və bilinməyən tərəfləri - ŞƏRHSonuncu görüşdə diplomatik qalmaqal da yaşanıb. Belə ki, İtaliya mətbuatının bildirdiyinə görə, Nikol Paşinyan İtaliya Senatının sədri ilə görüşə vaxtından əvvəl gedib və onu gözləməyə məcbur olub. E.Kazellati zala daxil olan zaman isə N.Paşinyan kobud şəkildə arxasını ona döndərərək, görüşün keçirildiyi otağa tərəf istiqamətlənib. Erməni baş nazirin bu addımı ev sahiblərinin təəccübünə səbəb olub. Paşinyan bununla Kazellatini çox gözlədiyini göstərmək istəyib. Amma bu, diplomatik nəzakət qaydasına ziddir, həmçinin İtaliya Senatının sədri isə görüşə vaxtında gəlib. Paşinyanın səfəri zamanı biri Milanda, biri isə Romada olmaqla 2 biznes forum nəzərdə tutulurdu. Bununla bağlı müvafiq elanlar da yayılıb və İtaliya şirkətləri tədbirlərdə iştirak üçün qeydiyyatdan keçməyə dəvət edilib. Milanda orta-kiçik həcmli solğun bir tədbir keçirilib. İtaliya rəsmilərindən heç kim ora qatılmayıb. Romada isə ümumiyyətlə, tədbir olmayıb. Romadakı tədbiri İtaliya İqtisadi İnkişaf Nazirliyinin nəzdindəki İtaliya Ticarət Agentliyi (ICE) təşkil etməli idi. Sonda Paşinyan sadəcə ICE-nin rəhbəri ilə görüşməklə kifayətlənib və biznes forum isə ləğv olunub. Səfər əsas etibarilə Paşinyanın Venesiya, Milan və Romada yerli erməni icması ilə görüşləri ilə yadda qalıb. Milanda icma ilə görüşündə də qalmaqal yaşanıb. Belə ki, tədbir vaxt ixtisasca həkim olan yerli erməni icmasının üzvü olan şəxs hay-küy salaraq Paşinyan hakimiyyətə gəldikdən sonra ölkədə total şəkildə nifrətin təbliğatının aparıldığı sərt şəkildə tənqid edib, Paşinyanın yarıtmaz daxili və xarici siyasət apardığını deyib, onu və hökumətini istefaya çağırıb. Belə bir hadisəni gözləməyən Paşinyan baş verənlərdən özünü itirib.

Paşinyanın İtaliyanın tədqiqat mərkəzlərindən olan ISPI-də çıxışı ilə bağlı əvvəlcədən yayılmış elanlarda tədbiri həmin qurumun region üzrə tanınmış tədqiqatçısı professor Aldo Ferrarinin aparacağı elan olunsa da sonda Aldo Ferrari də tədbirə qatılmayıb. Üstəlik həmin tədbirdə azərbaycanlı tələbələrin iştirak edəcəyindən xəbər tutan erməni tərəfi tələbələrin sual və şərhlərindən ehtiyat etdikləri üçün təşkilatçılardan tədbirin auditoriyadan suallar hissəsini ləğv etməyi xahiş ediblər və tələbələrə sual vermək imkanı yaradılmayıb. Tədbir bitəndə azərbaycanlı tələbələr Paşinyanın yolun kəsib Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü əks etdirən xəritəni ona təqdim etməyə cəhd eləsələr də Paşinyan öz mühafizəçilətinin yardımı ilə tədbir yerindən uzaqlaşıb.

Ermənistan baş nazirinin növbəti fiaskosu: Paşinyanın İtaliyaya səfərinin bilinən və bilinməyən tərəfləri - ŞƏRHMilanda olarkən isə N.Paşinyanla Lombardiya Regionunun prezidenti Atilio Fontana da görüşmək istəməyib, yerli erməni icmasının səyləri nəticəsində onunla region prezidentinin müavini Fabrisio Sala görüşüb. Diqqəti cəlb edən başqa bir məqam ondan ibarətdir ki, Paşinyanın səfəri vaxtı İtaliya mətbuatında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın qeyri-konstruktiv mövqeyi, habelə Ermənistanda daxili ictimai siyasi gərginlik, hökumət tərəfindən siyasi oponentlərə qarşı təqiblər, məhkəmələrə müdaxilələr mövzularına İtaliyanın "Opinione" və "Notizie Geopolitiche" qəzetlərində yer ayrılıb. İtaliya baş naziri Paşinyanla keçirdiyi görüşdən sonra mətbuata verdiyi açıqlamasında münaqişə ilə bağlı məsələlərə münasibət bildirərək, "Baş nazir Paşinyanın Dağlıq Qarabağ məsələsinə münasibətdə fikirlərinə və dəyərləndirmələrinə diqqətlə qulaq asdım. Öz tərəfimdən İtaliyanın mübahisənin dialoq vasitəsilə stabil və uzun müddətli həllini dəstəkləməsi, eyni zamanda dialoqun davamlı və sıx olmasının vacibliyi ilə bağlı mövqeyini təqdim etdim. Biz münaqişəni gərginləşdirən mümkün hərbi vasitələrə münasibətdə dialoqu yeganə həll yolu kimi görürük. Dialoq şübhəsiz ki, tərəflərin səbrli şəkildə öz xalqlarını sülh prosesinin gətirəcəyi üstünlüklərə hazırlamaq baxımından siyasi iradəsinə cavab verməlidir. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini dəstəkləyirik və bununla belə bütün hallarda bölgənin sabitliyinin və təhlükəsizliyinin təmin edilməsinə xidmət edə biləcək danışıqların bərpası üçün töhfəmizi təklif etməyə hazırıq" – söyləyib. Başqa sözlə desək, İtaliya baş naziri Ermənistan hökumətinin rəhbərini bölgənin sabitliyini və təhlükəsizliyi təmin etmək üçün ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlara çağırıb və bu xüsusda öz xidmətlərini təklif edib.

Göründüyü kimi, çoxdandır ki, planlaşdırılan və böyük planlarla İtaliyaya yola düşən Ermənistan baş naziri səfərin sonunda demək olar ki, heç bir nəticə olmadan geri qayıdıb. Bəlkə də nəticə olaraq, Ermənistan hökumət başçısı diplomatik nəzakət qaydalarına daha düzgün riayət etməyi öyrənib?!.

Son xəbərlər

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Putin yenə Qarabağdan danışdı

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Bütün xəbərlər