{category-title}
Gündəm / Siyasət
12.11.2019, 16:05
Bu ölkənin Azərbaycandakı səfirliyi bağlanır
Perunun Azərbaycandakı səfirliyi bağlanır.
Pressxeber.info "Ölkə.Az"a istinadən xəbər verir ki, bu barədə səfirliyin "Facebook" səhifəsində məlumat verilib.
Məlumatda deyilir:
"Səfirliyin bağlanması ilə əlaqədar inzibati prosedurlar başlanıb və konsulluq şöbəsi yalnız dekabrın 15-dək xidmətlər təklif edəcək.
Bu tarixdən sonra bütün müraciətlər Ankaradakı səfirliyə edilməlidir. Peru səfirliyi 2020-ci il martın 1-də fəaliyyətini tamamilə dayandıracaq".