{category-title}

 

Bəzi media qurumlarında adı çəkilən vəzifə sahibi haqda xoşagəlməz məqalələr dərc olunur. Elə ki, bu yöndə bir qədər araşdırmalar aparırıq, o halda dərc olunan məqalələrin sifarişlər əsasında işıq üzü gördüyü bəlli olur. Bu da onu söyləməyə əsas verir ki, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini daşıyan Nazim Ağayevlə bağlı məqalə dərc edən KİV nümayəndələri hansısa qruplaşmanın “muzdlu nökər”inə çevrildiklərindən, məhz belə bir addımlarını atırlar. Ona görə də, “muzdlu nökər”ə çevrilən həmin şəxslərə məsləhət görürük ki, gözlərinizi silin və ətrafa açıq gözlə baxın ki, ağı qaradan seçməyi bacara biləsiniz. Yoxsa, ...

Onu da unutmaq olmaz ki, Nazim Ağayev həyat yolu parlaq olan simalardan biridir və ona qarşı yönəlik addımlar, hər kəs tərəfindən ikrah hissi ilə qarşılanır. Çünki, adicə müxtəlik ünvanlarda keçirilən festifallarda Xaçmaz Regional Mədəniyyət İdarəsinin əldə etdiyi uğurlara diqqət yetirməklə, bu şəxsin fəaliyyətinə lazımi qiyməti vermək mümkün olur. Nazim Ağayev bəzi vəzifə sahiblərindən fərqli olaraq oliqarx məmur deyil, sadə həyat tərzi keçirən bir şəxsdir. Əldə etdiyimiz məlumatlara görə, o, bir çoxları kimi hansısa vəzifəyə sahib olmaq uğurunda mübarizə aparmayıb, məhz ona daşıdığı vəzifəsi həvalə olunub. Bu da adı çəkilən vəzifə sahibinə rəhbərliyin bəslədiyi münasibətdən irəli gələn addımdır.

 Odur ki, bu şəxs haqda şər-böhtan yazmaq, barəsində əsassız açıqlamalar dərc etdirmək, əslində şərəfsizlikdir. Həmçinin belə bir şəxsin məmur nüfuzuna xələl gətirməyə çalışmaq, heç bir fakta, sübuta əsaslanmadan şantaj xarakterli məlumatlar yaymaq və s. onu sübut edir ki, məqalə müəllifləri çirkin məqsədlərə xidmət edirlər. Apardığımız araşdırma zamanı o da məlum oldu ki, əsassız açıqlamalar dərc edən saytlar bəzi vəzifə sahiblərinin sifarişlərini yerinə yetirirlər, amma onu dərk etmirlər ki, onlar heç də uzağa gedə bilməyəcəklər.

 Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Xaçmaz Regional Mədəniyyət İdarəsinin Rəisi Nazim Ağayevdir.

 13 noyabr 1954-cü il tarixində Xaçmaz rayonunun Sayad kəndində anadan olmuşdur. 1962-1970-ci illərdə Sayad kənd 8 illik, 1970-1972-ci illərdə Çarxı kənd orta məktəbində təhsil almışdır. 1972-1974-cü illərdə Sovet ordusunda xidmət etmişdir. 1976-1982-ci illərdə Bakı Dövlət Universitetində təhsil almışdır. 1979-1983-cü illərdə Azərbaycan LKGİ Xaçmaz rayon Komitəsində sovxoz komitə katibi, təlimatçı, şöbə müdiri vəzifələrində işləmişdir. 1983-1985-ci illərdə 26 Bakı komissarı adına sovxozda partiya komitə katibi vəzifəsində işləmişdir. 1987-1989-cu illərdə 26 Bakı komissarı adına sovxozda direktor, 1989-1991-ci illərdə Çaparidze adına sovxozda partiya komitə katibi vəzifələrində çalışmışdır. 1991-1997-ci illərdə Sayad kəndli təsərrüfatında Sayad kolxozunda rəhbər və Sədr vəzifələrində işləmişdir. 1997-2002-ci illərdə Xaçmaz rayon İcra Hakimiyyətində I müavin vəzifəsində işləmişdir. 2002-ci ildən 2017-ci ilə kimi Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2017-ci ilin yanvar ayının 5-dən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində işləyir.

 Xaçmaz Regional Mədəniyyət İdarəsinin Rəisi Nazim Ağayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Nazim Ağayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Nazim Ağayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.Sorğu apardıq ağız dolusu Nazim Ağayevdan danışdılar yaxşı ki, Nazim Ağayev Xaçmaz Regional Mədəniyyət İdarəsinin Rəisi təyin olunub… Nazim Ağayev öz isguzarlığı ilə tanınır və seçilir….

 Nazim Ağayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

 Heç bir qüvvə Nazim Ağayevi heç vaxt əqidəsindən döndərə bilməz.

 Nazim Ağayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

 Nazim Ağayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

 Nazim Ağayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

 Prezident İlham Əliyevdən nümunə götürən Nazim Ağayevun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

 Nazim Ağayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

 Nazim Ağayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Xaçmaz Regional Mədəniyyət İdarəsinin Rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

 Ona etibar edilən bütün işlərdə Nazim Ağayev özünü doğruldub. Bizdə hörmətli Nazim Ağayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

 

 

PressXeber.org

Son xəbərlər

“Politico”: Aİ Rusiyanı terrorizmin maliyyələşdirilməsi üzrə “qara siyahı”ya salacaq

"Dövlət xidmətləri haqqında" qanun təsdiqlənib

NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Azərbaycana səfər edib

"Sabah" Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb

Türkiyə, Azərbaycan, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi keçirilib

KİV: Ermənistanda Pakistanın səfirliyi açılacaq

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət veriləcək

KİV: Rusiyada “Drujba” neft kəməri yenidən partladılıb

Dövlət Suverenliyi Günü iş günü hesab edilməyən bayram günü olacaq

Nazir ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Avstriyaya gedib

MN: G84-ə əsaslanan yeni topoqrafik xəritələrin hazırlanmasına start verilib

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilir

Kavelaşvili: Gürcüstan hökuməti Aİ-yə üzvlükdən heç vaxt imtina etməyib

Qazaxıstan Baş nazirinin müavini: AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı təhqiqat yekunlaşmaq üzrədir

Ukrayna Qara dənizdə Rusiya gəmisinə hücumda iştirakını təkzib edib

Novruzla Ramazan eyni gündə qeyd ediləcək - 11 gün iş olmayacaq

Gələn il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib

Sabah Xəzər rayonu və Sumqayıtda qaz olmayacaq

Azad edilmiş ərazilərdə daha 25 abidə inventarlaşdırılıb

Əlahiddə Ümumqoşun Orduda yoxlamalar zamanı bölmələrin fəaliyyəti yüksək qiymətləndirilib

Pakistanda yerli icra administratorunun avtomobili atəşə tutulub, 4 nəfər ölüb

Gürcüstan Qara dəniz kabel layihəsi üzrə əməkdaşlığı davam etdirməyə hazırdır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində xüsusi qərargah yaradılıb

Tahir Mirkişili: "Qarabağa xərclənmiş pul Ermənistanın dövlət büdcəsi gəlirlərindən 2 dəfə çoxdur"

Bütün xəbərlər