{category-title}

Neft emalı zavodunun təmirə dayanmasının dövlətə vurduğu zərər - ARAŞDIRMA

 

Oktyabr ayının 4-dən etibarən Heydər Əliyev adına Neft Emalı Zavodunda planlaşdırılmış illik təmir və yenidənqurma işləri ilə əlaqədar neft məhsullarının istehsalı dayandırılıb. Təmir işlərinin oktyabrın axırınadək davam etməsi gözlənilir.

Artıq bir neçə ildir ki, zavodun təmirə dayandırıldığı müddətdə xaricdən yüksək oktanlı A-95 benzinlə yanaşı, aşağı oktanlı, ölkə bazarının əsas istehlak yanacağı olan və zavodda istehsal edilən A-92 markalı benzin də idxal edilir.

Azərbaycanda hazırda A-92 markalı benzinin qiyməti 0,90 qəpik təşkil edir. Bu qiymət isə digər ölkələrdən aşağıdır. Belə olan təqdirdə xaricdən idxal olunan benzinin ölkədaxili bazarda satışı mənfəətə deyil, zərərə səbəb olur.

Dövlət SOCAR-ın idxaldan yaranan zərərini azalmaq üçün bir neçə ildir ki, 90 gün müddətinə 92 markalı avtomobil benzini üçün gömrük rüsumunu 15%-dən 0%-ə, aksiz vergi dərəcəsini bir ton üçün 200 manatdan 1 manata endirir. Lakin bununla belə idxala görə SOCAR-ın zərəri yaranır. Yaranan zərərin bir hissəsi dövlət büdcəsindən bir növ sosial müavinət olaraq sonradan qarşılanır. Ancaq bu belə zərərin qarşısını ala bilmir.

2018-ci ildə Heydər Əliyev adına Neft Emalı Zavodu təmirə dayandığı müddətdə Azərbaycana 72 min 596,05 ton “A-92” markalı avtomobil benzini idxal edilib. Belə ki, ötən il bir ay müddətində idxal edilən benzinin ümumi dəyəri 58 milyon 913,5 min ABŞ dolları təşkil edib.

2017-ci ildə idxal edilən avtomobil benzininin ümumi həcmi 78 min 253,61 ton, ümumi dəyəri isə 46 milyon 537,38 min dollar təşkil etmişdi. Beləliklə, 2018-ci ildə Azərbaycana idxal edilən benzinin həcmi 7,3% azalıb, məbləğ nisbətində isə 26,6% artıb.

Bu il də A-92 markalı benzinin idxalı nəzərdə tutulur. Cari ildə Rusiya və Qara dəniz regionundan ümumilikdə ötən ildəkindən xeyli çox - 120 min ton A-92 markalı benzin idxalı planlaşdırılıb. Bu isə dövlət və SOCAR üçün daha böyük zərər deməkdir.

Digər tərəfdən, əldə etdiyimiz məlumata görə, 2020-ci ildə təmir və yenidənqurma işləri ilə əlaqədar Heydər Əliyev adına Neft Emalı Zavodunun fəaliyyəti dörd ay müddətinə dayandırılacaq.

Bu halda sual oluna bilər ki, zavodun təmir müddətinin uzadılmasına ehtiyac varmı?

Enerji sahəsində ixtisaslaşmış ekspertlər də vurğulayır ki, əvvəl BNEZ-in təmirə dayanması qısa  müddəti əhatə edirdi, amma bir neçə ildir ki, təmir müddəti bir qədər çox davam edir. Onlar hesab edirlər ki, zavodun hər il təmirə dayanmasına görə benzin idxalından yaranan zərərdən dövlətin üzərinə yük düşür, təmir müddətinin uzadılması isə bu yükü daha da artırır.

Çünki ölkədə bu markalı benzinə tələbat yüksəkdir və hər il daha da artır, əvvəlki ayların istehsalından yaranan ehtiyat tez tükənir.  Bu il planlaşdırılan idxal həcmi də tələbatın yüksək olduğunu, dövlətin və SOCAR-ın zərərinin daha çox olacağını göstərir.

Ekspertlər bu səbəbdən görə də zavodda təmir işlərinin tez bir zamanda yekunlaşmasının daha məqsədəuyğun hesab edir.

Son xəbərlər

Bazar günü Bakıda 33 dərəcə isti olacaq

“Tasnim”: ABŞ-ın Hörmüzqan vilayətinə hücumunda 8 mülki şəxs ölüb

Bəhreyn İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib

Küveytdə İranın zərbələrindən sonra elektrik stansiyası və duzsuzlaşdırma zavodu yanıb

İranın hücumlarına görə Küveyt aeroportunda bütün uçuşlar dayandırılıb

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurub, 7 nəfər ölüb

BDYPİ bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırıb

Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb

Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

Bütün xəbərlər