{category-title}

“Nə olsun ki, İlqarə qızımdır, biz çox fərqliyik” - Video

 

 

Xalq artisti Aygün Kazımova iştirak etdiyi “Zima” festivalının mətbuat konfransından sonra “Qafqazinfo”nun suallarını cavablandırıb. Məşhur müğənni yay mövsümündə fasiləsiz çalışdığını qeyd edib: 

“Məndə yeni və köhnə mövsüm yoxdur. İlin 365 günü çalışıram. Sezondan sezona keçidi hiss etmirəm. Bu mövsümdə siz məndən çox şey gözləyə bilərsiz. Təbii ki, dayanmadıq, ehtiyatda bir neçə layihəmiz var. Bir-bir sevənlərimizə təqdim edəcəyik. Özüm də bunu həyəcanla gözləyirəm. Adətən əvvəllər bir layihə edirdim. Ancaq indi ehtiyatda bir neçə layihə var”.

Aygün oktyabrın sonunda Rusiyanın Xalq artisti Filipp Kirkorovla Bakı Konqres Mərkəzində səhnəyə çıxacağından da söhbət açıb: “Kirkorov Bakıya gəlir? (gülür) İnanmıram! O məgər Bakıdan getmişdi? Onun Bakıdakı konsertində səhnədə çıxışlarım gözlənilir”. 

Pop ulduz uzun fasilədən sonra dəyişən imicindən də danışıb: “Sarı saç çox oldu, özümü vurdu. Yenə gecə yatdım, səhər oyandım ki, saçlarım uzanıb, birdən rəngi dəyişdi. Hamısı bir əl toxunuşu ilə baş verdi”. 

Bundan əlavə, Kazımova qızı İlqarənin səhnə fəaliyyətindən söz açıb: “Mən həmişə demişəm, nə olsun ki, İlqarə mənim qızımdır? Biz çox fərqliyik. Bəlkə də, dünyada ana-övlad duetlərinə nəzər salsaq, bala o demək deyil ki, anasına oxşayacaq. Düzdür, mənim qızım istedadlıdır. Bu, arzu edib-etməməyimdən asılı olaraq belə oldu. Ancaq biz onunla fərqliyik. İlqarə astagəl, mən isə tezgələm”.

Video: Nuran Məmmədov

 

Son xəbərlər

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanda şahmatın inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə edilib

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib

UEFA Konfrans Liqası: "Qarabağ"ı "Dinamo" ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

ARDNF 3 illik auditor seçir

Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

FHN: Küləkli havada dənizə girmək təhlükəlidir

ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Ukrayna PUA-ları Yaroslavl vilayətində Rusiyanın ən iri neft emalı zavodlarından birini hədəf alıb

Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

“Qızıl top”a əsas namizədlər bəlli olub

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısı hazırlanacaq

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Bütün xəbərlər