{category-title}

Afət Fərmanqızından sərt REAKSİYA: “Mənim ifamı izləyənlər 11 milyondu, Sami Yusufda neçə milyondu?

 

Azərbaycan əsilli Britaniya müğənnisi və bəstəkarı Sami Yusuf dahi şair İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında kompozisiya hazırlayıb.


Modern.az
 xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə ərsəyə gələn “Nəsimi” kompozisiyası Nəsiminin 650 illik yubileyinə töhfə olaraq hazırlanıb.

Yutube sosial şəbəkəsində yerləşdirilən “Sığmazam” kompozisiyası 16 saat ərzində 100 000-dən çox insan tərəfindən izlənilib.


Bir müddət əvvəl Nəsiminin “Sığmazam” qəzəlinin sözlərinə oxuduğu "Pəncu şeş" adlı qalmaqallı mahnısı ilə gündəmə gələn müğənnmi Afət Fərmanqızı Sami Yusufun onu kölgədə qoyacağına inanmır.


Afət Fərmanqızı Modern.az-a bildirib ki, Youtube sosial şəbəkəsində onun ifası 4 aya 11 milyon dəfə izlənilib.


“Heç bir yerdə deməmişəm ki, mənim reytinqimi keçən olmaz. Onu deyən qələt edir. Amma kim deyir ki, Sami Yusifin ifası mənim ifamı üstələyib? Mənim ifam 4 ayda 11 milyon dəfə izləndi. Onlarda neçə milyondu?!
Afət Fərmanqızı dövlətin büdcəsindən 1 manat belə xərcləmədən Nəsimini Azərbaycana yenidən qaytardı. Bunu eyni ilə televiziya tənqidçisi Elçin Əlibəyli də dedi.
Adamın başının üstündə gərək Allah olsun. Gəlin, mənim ifamı da oxuyun, onun ifasını da. Sami Yusufun ifasını oxuya bilməyəcəksiniz. Çünki heç kimin zövqünü oxşamayan bir mahnıdır. Qeyd edim ki, onların ifası ilk deyil, bu tərzdə əvvəllər  türklər oxuyub, “Yutube”da girib baxa bilərsiniz. Siz sanki “Quran”la toy mahnısını, molla ilə müğənnini müqayisə edirsiniz. Sami Yusuf dini mahnıları oxumağa meyilli müğənnidir, Təyyar Bayramov da muğam ifaçısıdır. Hər ikisinin ifası sənət nöqteyi-nəzərindən sənət əsəri kimi qiymətləndirilə bilər. Mən isə “Yutube” kanalımda da qeyd etmişəm ki, “toylarda yeni hit!”. Ona görə ki, toplum daha çox toylardadır”.

 

Əməkdaşımızın “sizin üçün də dövlət vəsaiti ayrılsaydı, belə bir möhtəşəm ifa ortaya qoymaq istəyərdinizmi” sualına Afət Fərmanqızı olduqca sərt reaksiya verib:.


“Mən “Vətən, sənə vuruldum” mahnısını oxudum, amma işıqlandırmadınız. Mən nə edim ki, uğurum çoxusunun başına daş salır. Nəsimi xalqın şairidir, onun qəzəlini sabah siz də oxuya bilərsiniz. Bir əsərin yaşı 70-i keçirsə, hər kəsin həmin əsərdən istifadə etməyə hüquqi cəhətdən haqqı çatır. Mənim Nəsiminin qəzəlini ifa etməyimə hüquqi haqqım çatır. Oturaq 4 ayı gözləyək, əgər Sami Yusufun ifasıni izləyənlər mənim ifamı izləyənlər kimi 11 milyon olsa, onda bir də bu mövzuya qayıdarıq”.

Son xəbərlər

Azərbaycanda bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib

AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib

Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu

Taleh Kazımov: "Bankların xidmət tariflərinə müdaxilə etmirik"

Mais Məmmədov: Zamanın fövqündə duran lider: Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycanın sarsılmaz yüksəliş yolu

Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur

Sabah 23 dərəcə isti gözlənilir

Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq"

İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək

WUF13-ün proqramı açıqlanıb

Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı - Müraciət

Bu günün valyuta məzənnələri

Krıma PUA hücumu zamanı beş nəfər ölüb

Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

Sumqayıtda avtomobil yolu çöküb

Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək

Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib

Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib

Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb

Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur

Azərbaycanda ən populyar mobil cihazlar - SİYAHI

Bütün xəbərlər