{category-title}

Əhalinin qida təhlükəsizliyi ilə bağlı sənəd Milli Məclisdə

 

Milli Məclisin 2019-cu il payız sessiyasında "Qida təhlükəsizliyi haqqında" qanun layihəsi müzakirəyə çıxarıla bilər.

Bu barədə Oxu.Az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.

E.İbrahimov qanun layihəsinə hər hansı dəyişikliyin olub-olmaması haqqında təfərrüatları açıqlamaq istəməyib. Bununla belə, qeyd edib ki, sənəd üzərində ciddi iş gedir.

Onun sözlərinə görə, Aqrar siyasət komitəsi sözügedən qanun layihəsinin işlər planına daxil edilməsinə çalışacaq.

Deputat onu da əlavə edib ki, sentyabrın 20-də komitənin iclası keçiriləcək.

Qeyd edək ki, 2019-cu ilin fevralında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Avropa İttifaqının Bakıdakı nümayəndəliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Qida Təhlükəsizliyi haqqında" qanun layihəsinin ictimai müzakirəsi keçirilmişdi.

Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan qida təhlükəsizliyi sisteminin qurulması, ölkədə istehsal edilən qida məhsullarının xarici bazarlara ixracının asanlaşdırılması qanun layihəsində öz əksini tapıb.

Həmçinin istehlakçıların hüquqlarının qorunması və digər məsələlər qanun layihəsində vurğulanır.

Son xəbərlər

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Putin yenə Qarabağdan danışdı

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Bütün xəbərlər