{category-title}

Azərbaycanda spirtli içkilərin təhlükəsizliyi və keyfiyyətinə dair tələblər hazırlanır

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şamaxı rayonunun Meysəri kəndində keçirilən 1-ci Üzüm və Şərab Festivalında iştirak ediblər. 

Agentlikdən "Report"a bildirilib ki, “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunan festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırmaqdır.

Festival çərçivəsində ölkədə şərabçılıq sahəsində həyata keçirilən irimiqyaslı tədbirlər, inkişaf istiqamətləri və yerli şərab məhsullarının xarici bazarlara çıxışı mövzularında "dəyirmi masa" keçirilib. Tədbirdə yerli şərab istehsalçıları, müvafiq dövlət qurumlarının nümayəndələri və xarici ekspertlər iştirak edib, şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edib, məhsullarının dequstasiyasını keçiriblər.

Bildirilib ki, sözügedən sahədə inkişaf ölkəmizin sürətlə artan ixrac potensialına da öz müsbət təsirini göstərməkdədir. Hazırda Azərbaycan şərabları dünyanın bir çox ölkələrinə ixrac edilir. Həmin şərab məhsullarının qida təhlükəsizliyi təminatı AQTA-nın tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında həyata keçirilən təhlillərin nəticəsinə uyğun olaraq verilir. Belə ki, ölkəmizdə şərabçılıq məhsullarının istehsalı Agentlik tərəfindən müəyyən edilən qaydada xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Bu məhsullar müvafiq standartların tələblərinə, sanitariya normalarına və qaydalarına riayət edilməklə, təsdiqlənmiş texnoloji təlimatlara və resepturaya uyğun istehsal olunur.

Ölkədə istehsal edilən şərab məhsulları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında ekspertizaya cəlb olunur və sertifikatlarla təmin edilir. İnstititun Bakı Regional 1 Saylı Sınaq Laboratoriyası şərab məhsulları üzrə ölkənin ixtisaslaşmış və qabaqcıl laboratoriyalarından biridir. Laboratoriyanın şərab sektoru son standartlara uyğun qurulub. Burada Yaponiya, Amerika, Fransa və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan yüksək texnologiyalı və keyfiyyətli avadanlıqlar quraşdırılıb. Laboratoriyada şərab məhsullarının 20-dən çox göstəricisi Beynəlxalq Şərab təşkilatının metodlarına əsaslanaraq analiz edilir.

Hazırda AQTA və AQTİ bitki və heyvan mənşəli qida məhsulları üçün mövcud beynəlxalq standartlar nəzərə alınmaqla sanitariya norma və qaydalarını, gigiyena normativlərini işləyib hazırlayır. Bu proses çərçivəsində Azərbaycanda istehsal olunan və idxal olunan şərabçılıq məhsullarının keyfiyyət və təhlükəsizlik parametrlərinin əks olunduğu “Spirtli içkilərin təhlükəsizliyi və minimum keyfiyyətinə dair tələblər” sənədi üzərində iş gedir.

Son xəbərlər

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək

WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır

Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

Bu gün Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı

Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

AFFA 4 klubu cərimələdi

Putinin mühafizəsi GÜCLƏNDİRİLİB

LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib

Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib

Bütün xəbərlər