{category-title}

Azərbaycan mətbəxi Pekində beynəlxalq qida sərgisində nümayiş olunub

 

Dünyanın bir çox ölkələrində keçirilən "Acı və ədviyyatlı" festivalının Pekində təşkil edilən mərhələsində Azərbaycan mətbəxinin nümunələri, "Made in Azerbaijan" brendi ilə istehsal olunan kənd təsərrüfatı məhsulları nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, nüfuzlu "The Beijinger" jurnalının təşkilatçısı olduğu festival Pekində il ərzində keçirilən ən böyük qida festivalı hesab olunur. Ənənəvi illik tədbirdə 50-dən çox xarici və yerli qida şirkəti, restoranlar öz məhsullarını nümayiş etdiriblər.

Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin dəstəyi ilə xüsusi dizayn edilmiş stenddə milli mətbəximizin müxtəlif növ təamları, o cümlədən şah plov, lülə kabab, müxtəlif salat növləri təqdim olunub. Bundan əlavə, festival boyunca Azərbaycan şərabları və nar şirələri ilə bağlı təbliğat işləri aparılaraq iştirakçılara geniş məlumat verilib

Məşhur memar Zaha Hadidin dizaynı əsasında inşa olunmuş "Galaxy SOHO"nun ərazisində keçirilmiş iki günlük festivalı 20 mindən çox pekinli və şəhərin qonaqları ziyarət edib.

Festivalda iştirak edən ölkələrin məhsulları haqqında "The Beijinger" jurnalının internet səhifəsində məlumat yerləşdirilib. Beləcə festivalı ziyarət edən qonaqlar əvvəlcədən festivalda nümayiş olunacaq yeməklər və məhsullar haqqında məlumatlı olublar. Jurnalın festivalın yekununa dair buraxılacaq xüsusi buraxılışında Azərbaycan şərabları haqqında geniş məqalə dərc olunacaq.

Son xəbərlər

Bazar günü Bakıda 33 dərəcə isti olacaq

“Tasnim”: ABŞ-ın Hörmüzqan vilayətinə hücumunda 8 mülki şəxs ölüb

Bəhreyn İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib

Küveytdə İranın zərbələrindən sonra elektrik stansiyası və duzsuzlaşdırma zavodu yanıb

İranın hücumlarına görə Küveyt aeroportunda bütün uçuşlar dayandırılıb

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurub, 7 nəfər ölüb

BDYPİ bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırıb

Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb

Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

Bütün xəbərlər