{category-title}

Deputatlıq şəkil çəkdirməklə bitmir - Yeni seçkilərdə TƏLƏBLƏR dəyişəcək

 

10-15 il bundan əvvəl vəzifə arzusunda olanlardan kimi dindirirdinsə, ya JEK müdiri, ya da polis rəisi olmaq istədiyini deyirdi. O səbəbdən ki, bu peşə sahiblərinin öz ətrafları arasında nüfuz sahibi olmaları kimi bir anlayış formalaşmışdı. Əslində, altşüurda nüfuz sahibi olmaqdan daha çox, rahat və pullu həyata sahiblənmək istəyi dayanırdı.


Zamanla insanların peşələrə sevgisi də dəyişdi. Bəzi insanlar daha rahat və pullu həyata sahib olmaq üçün başqa yol axtardılar. Təbii bu axtarış da öz-özünə yaranmadı.


Milli Məclisdə təmsil olunan bəzi deputatlar zaman-zaman özlərinin “biznes imperiyası” ilə gündəmə gəldiklərindən hər kəsdə belə fikir formalaşdı: Deputat olmaq nə yaxşı işdir... Mən də deputat olsam, həm nüfuzum, həm də çoxlu pulum olar.


Bu səbəbdən də indi çoxlarının könlündən deputat olmaq istəyi keçir.


Bu qədər peşə dura-dura niyə bəzi insanlar qanunverici orqanda təmsil olunmaq istəyir?


Deputat olmaq bu qədərmi asandır?


Konstitutsiya Araşdırmaları Fondunun rəhbəri, tanınmış hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a mövzu ilə bağlı danışıb.


“Parlament seçkiləri yaxınlaşdığına görə...”


Hüquqşünasın sözlərinə görə,  bir çoxlarının deputat olmaq istəyinin mütləq səbəbləri var:


“Bunun əsas səbəblərindən biri odur ki, KİV-də, sosial şəbəkələrdə deputatlarla bağlı çoxlu məlumatlar yayılmaqdadır. Eyni zamanda,  qarşıdan gələn parlament seçkiləri də yaxınlaşmaqdadır. Ona görə də bir çox insanlar bu istiqamətdə fikirlərini səsləndirirlər. Bizim cəmiyyətdə belə fikir formalaşıb ki, deputat olmaq hansısa ritualı icra etməkdən ibarətdir. Halbuki, deputat olmaq daha çox nümayəndəlik xarakteri daşıyır”.


“Bəziləri üçün deputat olmaq rahatdır”

Müsahibimiz qeyd edib ki, bəzi deputatların fəaliyyəti boyunca yol verdikləri nöqsanlar yaxşı sonluqla nəticələnmir:


“Təəssüfedici hal odur ki, bəzi məlumatlarda bir çox deputatların hərəkətlərində  yol verilən nöqsanlar  “sanki deputatlar qanunvericilik funksiyası ilə məşğul olmurlar” fikirlərini deməyə əsas verir.  Onların işi yalnız əmək haqqı almaq və öz bizneslərini genişləndirməkdir. Çünki bununla bağlı KİV-də, sosial şəbəkələrdə  yetərincə məlumat var. Bəziləri də belə düşünür ki, deputat olmaq çox rahatdır və biz də deputat ola bilərik. Onsuz də hər hansı öhdəlik yoxdur”.


Çox rahat şəkildə Milli Məclisə düşənlər...

Bir çox insanların deputat olmaq istəyinin arxasında məsuliyyət məsələsinin olmadığını deyən Əliməmməd Nuriyev bunu yanlış düşüncə sayır:


“Bir çoxları qanunverici hakimiyyətin hansı vəzifələrə malik olduğunu dərk etmir. Milli Məclisin üzvü olmaq çox böyük məsuliyyət tələb etməklə yanaşı, həm də böyük cavabdehlikdir. Bu cavabdehlik həm ölkə qarşısında, həm ölkə xaricində,  həm də konkret seçkilər qarşısında olur. Bəzi hallarda kimlərinsə rahat şəkildə Milli Məclisə düşməsi ilə bağlı məlumatların sosial şəbəkələrdə bu və digər formada  yayılması da  bir çox insanların kütləvi şəkildə deputat olmaq həvəslərini artıran amillərdəndir”.


“Şəkil çəkdirməklə deputat olmaq olmur”


Hüquqşünas deputatlığın heç də asan olmadığını deyərək, savadlı və hazırlıqlı insanlara ehtiyac duyulduğunu vurğulayıb:


“Təbii ki, çox savadlı, fədakar və rəqabət qabiliyyətli insanların Milli Məclisin üzvü olması vacibdir. Qanunvericilik bazasının hazırlanması ilə bağlı çox savadlı və hazırlıqlı insanlara ehtiyac var. Hesab edirəm ki, növbəti parlament seçkiləri zamanı Milli Məclis çox fərqli olacaq. Ona görə də  deputat olmaq istəyənlər bu amili nəzərə almalıdırlar. Qarşıdakı parlament seçkiləri zamanı ciddi rəqabət olacaq. Parlament üzvü olmaq üçün yüksək tələblər qoyulacaq. Bu heç də sadə görünməsin. Eyni zamanda,  deputat olmaq üçün müəyyən resurslara malik olmaq da böyük məsələdir. Hesab edirəm ki, qarşıdakı parlament seçkilərində fərqli yanaşmalar, üsullar tətbiq olunacaq. Bunun üçün  deputat olmaq istəyən  şəxslərin həm intellektual, həm də  mənəvi hazırlıqlı olmalıdırlar. İndi yeni seçicilər yaranmaqdadır. Yeni seçicilər Milli Məclisin üzvü olmaq istəyənlərin qarşısında  daha sərt tələblər qoyacaq. Ona görə də deputat olmaq heç də asan görünməsin. Deputatın fəaliyyəti parlamentdə oturmaqla, hansısa tədbirlərdə poza verməklə, yaxud da, şəkil çəkdirməklə bitmir. Həm qanunvericilik prosesini yaxşı bilməli, həm  beynəlxalq proseslərdə yüksək intellektini nümayiş etdirməli, həm də daxili siyasəti çox yaxşı anlamalıdır. Təkcə özünə görə yox, ailə üzvlərinə, qohumlarına, yaxınlarına görə də məsuliyyət daşımalıdır. Bir çox hallarda bəzi deputatların öz övladlarına görə hansı işlərdən keçdiklərini görürük. Ona görə də deputat olmaq məsələsində bir qədər düşünmək lazımdır”.

Son xəbərlər

Bazar günü Bakıda 33 dərəcə isti olacaq

“Tasnim”: ABŞ-ın Hörmüzqan vilayətinə hücumunda 8 mülki şəxs ölüb

Bəhreyn İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib

Küveytdə İranın zərbələrindən sonra elektrik stansiyası və duzsuzlaşdırma zavodu yanıb

İranın hücumlarına görə Küveyt aeroportunda bütün uçuşlar dayandırılıb

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurub, 7 nəfər ölüb

BDYPİ bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırıb

Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb

Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

Bütün xəbərlər