{category-title}

Cavid Qurbanov: məmur, deputat, oliqarx, biznesmen, avtoritet...

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov son vaxtlar mətbuatın ən çox tənqid etdiyi məmurlardan biri, bəlkə də birincisidir. Şübhəsiz, bunun da bir çox əsaslı səbəbləri vardır. Bununla belə, C.Qurbanovun xüsusən də bir məmur və deputat kimi dövlət qarşısında müsbət xidmətlərinin olduğu da danılmazdır. Odur ki, Cavid müəllimin bütün tənqid olunan əməlləri ilə yanaşı, ədalət naminə dövlət üçün gördüyü işləri də qeyd etmək lazımdır. Bu, ən azı hər bir jurnalistin peşə borcudur.

Məsələn, əminliklə deyə bilərik ki, Cavid Qurbanov bir məmur, yəni "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri olaraq Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsində dövlət başçısının onun üzərinə qoyduğu bütün öhdəlikləri layiqincə yerinə yetirə bilib.

O cümlədən, Milli Məclisdə Kəlbəcər rayonunu təmsil edən bir deputat kimi də öz seçiciləri, yəni yerliləri qarşısında bir sıra müsbət işlər gördüyü haqda çoxsaylı informasiyalar var. Təsadüfi deyil ki, cənab Qurbanov hər zaman bu əməlləri ilə öyünür və iş o yerə çatıb ki, son illər özünü “kəlbəcərlilərin şəriksiz ağsaqqalı” kimi də görür. Hətta, bizə çatan informasiyalara görə, Cavid müəllim məclislərdə və ayrı-ayrı tədbirlərdə bu cür – “kəlbəcərlilərin ağsaqqalı” kimi təqdim olunmasından da böyük zövq alır.

Cavid Qurbanov məmur və deputat statusları hesabına son illər ölkənin ən böyük oliqarxlarından birinə də çevrilə bilib. Xüsusən də, bəzi əzəli rəqibləri sıradan çıxarıldıqdan sonra onun ölkədə ən aparıcı məmur-oliqarxlardan birinə dönüşdüyü kimsəyə sirr deyil. Şübhəsiz, burada son illər hakim ailə ilə qohumluğu da az rol oynamayıb. Təsadüfi deyil ki, cənab Qurbanovun yaxın çevrəsi və eloğluları onu “prezidentin bacanağı” kimi də təqdim edirlər. Görünür, çoxlarının da iddia etdiyi kimi, bu qohumluq məmur, deputat olmaqla yanaşı, onun nəhəng oliqarx biznesmenə çevrilməsi üçün önündə daha geniş pəncərələr açıb...

Bu yaxınlarda Cavid Qurbanovun qeyri-rəsmi sahibi olduğu "Baltech Investment LLC” şirkətinin 38 milyon manat ödəyərək “TOPAZ”ın səhmlərinin 51 faizini “Turkcell” şirkətindən alması da onun biznes şəbəkəsini genişləndirmək istəyindən xəbər verir. Hansı ki, bu alqı-satqı nəticəsində "Azərbaycan Dəmir Yolları" QSC sədrinin ölkənin mərc oyunlarına nəzarəti ələ aldığı, yəni “Qumar Kralı”na çevrildiyi iddia olunur. Nəzərə alsaq ki, adətən mərc oyunlarına kiçik və orta kriminal qruplar nəzarət edir, o zaman C.Qurbanovun bir məmur olaraq bu sahəyə maraq göstərməsi ilk baxışdan heç də birmənalı qarşılanmır. Amma bəzi mənbələr deyir ki, əslində cənab Qurbanov məmur olsa da, kriminal aləm ona yad deyil. Belə ki, Cavid Qurbanovun nüfuzlu avtoritetlərlə hər zaman yaxın əlaqələr saxladığı, elə indi də zaman-zaman onlarla oturub-durduğu iddia olunur. Hətta istisna olunmur ki, onun “TOPAZ”a tam olaraq sahib olmaq istəyində də bu əlaqələrin müəyyən rolu olub.

Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, "Azərbaycan Dəmir Yolları" QSC sədrinin məmur və deputat olaraq gördüyü işlər təqdir oluna bilər. Amma onun bu statuslara sahib bir şəxs kimi oliqarx biznesmənə çevrilməsi, ölkənin mərc oyunlarına belə nəzarəti ələ alması qanunla yolverilməzdir. Eynilə “oğru dünyası”nın tanınmış isimləri ilə təmaslar qurması da məmur statusu ilə bir araya sığmır.

Digər tərəfdən, C.Qurbanovun maddi imkanları genişləndikcə daha böyük səlahiyyətlər qazanmaq ehtirası da normal qarşılana bilməz. Məsələn, bu adam qanunsuz yollarla qazandığı pullar hesabına özünə çoxsaylı media şəbəkəsi quraraq, zaman-zaman yüksək rütbəli məmurlara meydan oxumaqdan çəkinmir. Diqqət edin, dövlət başçısı öz ad günlərini bir dəfə də olsun təmtəraqla qeyd etmədiyi və adətən həmin tarixlərdə sadə insanların, məcburi köçkünlərin əhatəsində olmağa üstünlük verdiyi halda, Cavid Qurbanovun dəbdəbəli 60 illik yubileyində onun üçün sifariş olunan qatar tortu kəsməsi saytlarda manşetə çevrilir. Axı, hər bir məmur ilk növbədə təvazökar olmağı bacarmalıdır. Onun tabeçiliyndə olan şəxslərdən üstün vəzifə səlahiyyətlərinə malik olması heç də bir insan kimi üstün olduğunu nümayiş etdirmir. Odur ki, bütün məmurlar bu məsələdə ən azı dövlət başçısını örnək almalıdırlar...Stimulxeber.az

 

Son xəbərlər

Azərbaycan XİN Uruqvayı təbrik edib

Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

Ukrayna Hikmət Hacıyevi təltif etdi

Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

"The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik

Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib

Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub

Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Bütün xəbərlər