{category-title}

Azərbaycanda magistratura qəbul imtihanına ödəniş ləğv edilə bilərmi? - AÇIQLAMA

 Xəbər verdiyimiz kimi magistratura səviyyəsində qəbul imtahanları 50 manat, sınaq imtahanları isə 30 manatdır. Təəssüf ki, bir çoxları qəbul imtahanından uğur əldə edə bilməməkdən ehtiyat edərək bu məbləği ödəmək istəmir. Bu problemi necə həll etmək olar?

Bununla bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, TQDK ləğv olunduqdan sonra publik hüquqi şəxs olan DİM yarandı: "Buna qədər imtahanlar dövlət tərəfindən maliyyələşirdi. Ancaq maraqlı tərəf ondan ibarətdir ki, imtahanlar dövlət tərəfindən maliyyələşsə belə, yenə də vətəndaşlar 3 manat pul ödəyirdilər. İndi belə məlumatlar yayırlar ki, guya DİM yaranana qədər hər şey pulsuz olub. Xeyr, insanlar o zaman da qəbul və sınaq imtahanlarında iştirak üçün pul ödəyirdilər. DİM yaranandan sonra isə bu məbləğlər ciddi şəkildə artırıldı. Nəzərə alaq ki, bakalavr səviyyəsində qəbul imtahanlarına giriş kartı 40 manat, sınaq imtahanları isə 20 manatdır. Magistratura səviyyəsində qəbul imtahanları 50 manat, sınaq imtahanları isə 30 manatdır. Ancaq magistratura pilləsində sınaq imtahanlarında iştirak zamanı sual kitabçaları verilmir. Əgər vəsaitin bütün xərclərini ödəmişəmsə, deməli, sual kitabçası da məndə qalmalıdır. Yəni belə çıxır ki, siz bir məhsulu satışa çıxarırsınız, pulunu verirəm, ancaq siz həmin məhsulu mənə vermirsiniz. Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi imtahan qiymətləri əvvəl dediyim kimi, fantastik oldu. Sadə dildə desək: abituriyent 1 dəfə imtahanda iştiraka görə - kollecə qəbul üçün 20 manat, bakalavr pilləsinə qəbul üçün 40 manat, magistratura pilləsinə qəbul üçün 60 manat, rezidenturaya qəbul üçün 100 manat iştirakçı pul ödəməlidir".


Azərbaycanda magistratura qəbul imtihanına ödəniş ləğv edilə bilərmi? - AÇIQLAMA

Kamran Əsədov vurğulayıb ki, bu insanların kütləvi şəkildə təhsildən məhrum etmə ilə nəticələnəcək: "Buraxılış imtahanları istisna olmaqla, TQDK tərəfindən təhsilin istənilən pilləsi üzrə keçirilən qəbul imtahanları ödənişli - pullu olub. İmtahanlarda iştirak edən iddiaçı xidmət haqqı ödədikdən sonra iştirak hüququ əldə edib. Sadəcə olaraq, bu ilə qədər TQDK-ya dövlət büdcəsinin vəsaiti ilə maliyyə dəstəyi olurdu. Bu məbləğ il ərzində beş milyon manat təşkil edirdi. TQDK ləğv olunub hüquqi şəxsə çevrildikdən sonra bu quruma dövlət tərəfindən verilən vəsait dayandı. Bu ildən etibarən isə DİM özü göstərdiyi xidmətlərə görə öz maliyyələşdirilməsini həyata keçirəcək. Bu qurumun hazırda yeganə gəlir mənbəyi təhsilin müxtəlif pillələri üzrə sınaq və qəbul imtahanlarını keçirməklə əldə edəcəyi vəsait olacaq. Hesab edirəm ki, məhz bu ildən etibarən qəbul imtahanlarının iki mərhələdə keçirilməsini zəruri edən halların başında bu gəlir. Nəzərə alsaq ki, hər il bakalavr, magistr və rezidenturaya qəbul imtahanlarında həmçinin bu pillələr üzrə sınaq imtahanlarında 150 mindən çox insan iştirak edir, məhz bu imtahanları iki dəfə etməklə gəliri iki dəfə çoxaltmaq mümkündür. Bilirsiz, hazırda Azərbaycanda 36 dövlət və 15 özəl ali məktəb vardır. Azərbaycanda yalnız dövlət universitetlərinə deyil, özəl universitetlərə də hər il hər ixtisas üzrə nə qədər tələbə qəbul ediləcəyini hökumət müəyyən edir. Lakin xaricdə tamamilə bunun əksidir. Dövlət universitetləri istisna olmaqla, özəl universitetlər nə qədər tələbə qəbul edəcəklərini özləri müəyyən edirlər. Xaricdə daha bir üstünlük bundan ibarətdir ki, orada yaxşı təhsil verən özəl universitetə köməklik göstərilir. Lakin bizdə əksinə, yaxşı təhsil verən özəl universitet sıxışdırılır. Bu da öz növbəsində təhsilin keyfiyyətini aşağı salır. Əgər imtahanda iştirak edənlərin sayı azalsa və müsabiqə şərtlərini ödəyən abituriyentlər yalnız dövlət universitetlərini seçsələr, özəl universitetləri böhran gözləyir".

Son xəbərlər

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanda şahmatın inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə edilib

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib

UEFA Konfrans Liqası: "Qarabağ"ı "Dinamo" ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

ARDNF 3 illik auditor seçir

Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

FHN: Küləkli havada dənizə girmək təhlükəlidir

ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Ukrayna PUA-ları Yaroslavl vilayətində Rusiyanın ən iri neft emalı zavodlarından birini hədəf alıb

Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

“Qızıl top”a əsas namizədlər bəlli olub

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısı hazırlanacaq

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Bütün xəbərlər