{category-title}

“Özünü ümummilli lider kimi aparır, Qarabağ məsələsində məzənnəni qaldırır...” - GƏLİŞMƏ

 

 

Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 5-də Xankəndində keçirilən “ümumerməni” mitinqində çıxışı zamanı irəli sürdüyü tezislər heç erməni ekspert çevrələrində də müsbət qarşılanmayıb. Xəbər verildiyi kimi Paşinyan Qarabağı Ermənistana birləşdirməyi nəzərdə tutan “miatsum” şüarını yenidən gündəmə gətirib və deyib: “Qarabağ Ermənistandır, nöqtə”.

Rəsmi Bakı artıq Paşinyanın bu çıxışına sərt bəyanatlarla reaksiya verib. Virtualaz.org xəbər verir ki, Rusiyanın ekspert çevrələrindən də Ermənistan baş nazirinin çıxışına reaksiyalar var. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq araşdırmalar mərkəzinin avroatlantik təhlükəsizlik üzrə Mərkəzinin aparıcı elmi əməkdaşı Sergey Markedonov qeyd edir ki, Paşinyanın çıxışı milli birlik və erməni birliyinə maneə yaradan çoxsaylı parçalanmalar barədə pafosa bürünmüşdü.

“Qarabağ məsələsinin postsovet Ermənistanı üçün ən mühüm mövzu olduğu yenilik deyil. Lakin rəsmi Yerevanın nümayəndələrindən heç kim indiyə qədər bu qədər dəqiq və aydın deməmişdi ki, “Qarabağ-Ermənistandır”. Paşinyan sevimli mövzusundan-inqilab mövzusundan da yan keçə bilməzdi və onun fikrincə Ermənistanda baş vermiş inqilab Qarabağda da davam etdirilməlidir. Beləliklə, Paşinyan özünü ayrıca götürülmüş respublikanın nazirlər kabinetinin rəhbəri kimi deyil, ümumerməni lideri kimi aparır”,-Markedonov məqaləsində yazır.

Rusiyalı ekspertə görə Paşinyan istəyir ki, 2020-ci ildə Qarabağda hakimiyyətdə onun adamı olsun. Ona görə də o, erməniləri qarabağlılara, yerevanlılara, gümrülülərə və ya icevanlılara ayırmağın mümkün olmadığını deyəndə birmənalı şəkildə eyham vurur ki, birləşdirici lideri statusuna iddia edir. Və bu zaman o öz qaydaları ilə oynayacağını bildirir.

Habelə Markedonov hesab edir ki, Paşinyanın çıxışında xarici siyasət elementləri də var. O, Bakıya və həmsədr ölkələrə ünvanlanıb.

“Paşinyan aydındır ki, danışıqlarda sərt mövqeyini möhkəmləndirmək istəyir və münaqişənin nizamlanmasına dair baza prinsiplərini detallı şəkildə müzakirə etmək istəmir. Bu qırğı mövqeyidir, amma Paşinyanın işinə Ermənistanın daxilində yarayır”,-Markedonov vurğulayır. O qeyd edib ki, Paşinyan əvvəlki hakimiyyəti beynəlxalq arenada əsassız güzəştlərə getməyə can atan qüvvələr kimi təqdim edir və Qarabağ məsələsində məzənnəni qaldırmaq bu məsələdə onun işinə yarayır.

Paşinyan Xankəndindəki çıxışında Ermənistan üçün yaxın 30 ildə hədəfləri də elan edib. Və bunlara ÜDM-in 7 dəfə artırılması, maaşların, səhiyyə, təhsil xərclərinin on dəfələrlə artımı kimi utopik tezislər də daxildir. Hansı ki, meydana toplaşanlar Paşinyanın bu boş vədlərinə əsnəməklə reaksiya veriblər.

Yerevandakı Qafqaz İnstitutunun eksperti Qrant Mikaelyana görə Paşinyanın bu vədləri ancaq o halda həyata keçə bilərdi ki, hansısa super dövlət Ermənistana pul yağdırsın. İkinci Dünya müharibəsindən sonra ABŞ-ın Yaponiyaya kömək edib iqtisadiyyatını qaldırdığı kimi. Hazırda isə ekspertin qeyd etdiyi kimi erməni iqtisadiyyatını görünməmiş ÜDM həcmində qaldırmağa hazır olan dövlət yoxdur. Ermənistanın özünün buna nail olması da mümkün deyil, çünki imkanı çatmır. 

Mikaelyana görə Paşinyanın səsləndirdiyi hədəflərə necə çatacağına dair detallı proqramı da yoxdur. Digər tərəfdən belə uzunmüddətli proqramı həyata keçirmək üçün hakimiyyətlərin vərəsəliyi mövcud olmalıdır. Ermənistanda isə bu mümkün deyil. Hər yeni gələn hakimiyyət əvvəlkinin kursunu təftiş edir. Ona görə də Paşinyan 5-10 ildən sonra hakimiyyətdən gedəndə onun proqramını kimin həyata keçirəcəyi sual altındadır.
 

Son xəbərlər

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib

UEFA Konfrans Liqası: "Qarabağ"ı "Dinamo" ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

ARDNF 3 illik auditor seçir

Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

FHN: Küləkli havada dənizə girmək təhlükəlidir

ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Ukrayna PUA-ları Yaroslavl vilayətində Rusiyanın ən iri neft emalı zavodlarından birini hədəf alıb

Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

“Qızıl top”a əsas namizədlər bəlli olub

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısı hazırlanacaq

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi məlum olub

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub

Bütün xəbərlər