{category-title}

“Ölüm keçidlərində” yarımçıq qalan xilas cığırı - Ümid Allaha qalıb

 

 

Paytaxtda bir çox ərazilərdə tikintisi yarıda saxlanılmış piyada keçidləri var. Bakı-Sumqayıt yolu yaxınlığında, Buzovna yolu yaxınlığında, "Şamaxinka" adlanan ərazidə tikintisi davam etdirilməyən piyada keçidləri piyadaların həyatını xilas etməməklə yanaşı, sürücülər üçün də təhlükə yaradır.

Bəs bu keçidlər niyə yarım saxlanılır? Sputnik Azərbaycan bu məsələyə aydınlıq gətirməyə çalışıb.

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, Bakıda bir çox ərazilərdə yarım qalmış piyada keçidləri var: "Bir müddət əvvəl Buzovnada Bilgəh yolu yaxınlığında ölümlə nəticələnən avtomobil qəzalarının daha çox baş verdiyi ərazidə keçid vardı. Bu yol sürətli yol olduğu üçün çox qəza baş verirdi. Sonra o keçid söküldü, yenisini tikdilər, o da yarımçıq qaldı. Bakı-Sumqayıt, Bakı-Quba yolunda da iki yarımçıq qalmış keçid var. Orada yüksək gərginlikli elektrik naqillərinin altında keçid tikməyə başlamışdılar. Bir qədər də ucaltsaydılar, keçid naqillərə dəyə bilərdi. Bu səbəbdən yarıda saxlanıldı. Keçidlərə yanaşma bu formadadır".

Ekspert əlavə edib ki, keçidlər araşdırma aparılmadan harada oldu tikilir.

"Mühəndislər baxmırmı ki, yuxarıda naqillər var? Hiss olunur ki, burada mütəxəssislərin deyil, təsadüfi adamların sözü keçir. Həqiqətən çox maraqlıdır, plan təsdiqlənibsə, maliyyə ayrılıbsa, keçid niyə yarımçıq qalıb? Bütün tikinti işlərinin başlanma və bitmə vaxtı olur. Ancaq görünən odur ki, müvafiq qurum bu işə laqeydliklə yanaşır" – deyə Muradlı əlavə edib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Şamaxinka" adlanan ərazidə yerüstü piyada keçidinin tikintisi saxlanılmayıb, davam edir: "Sadəcə olaraq onun üst asma hissəsi zavod şəraitində hazırlanır. Bu səbəbdən ola bilər ki, müəyyən günlərdə orda işçilər görünməsin. Keçidin ilin sonuna kimi istifadəyə verilməsi planlaşdırılır".

A.Nəcəfli həmçinin qeyd edib ki, hazırda Buzovna yolunda, Qala-Pirallahı yolunda, Bakı-Ələt yolunda, Bakı-Şamaxı yolunun Hökməli dairəsi yaxınlığında və Heydər Əliyev prospektində yeraltı və yerüstü piyada keçidləri tikilir. Və hər birinin bu ilin sonuna kimi istifadəyə verilməsi planlaşdırılır.

"Təbii ki, ehtiyac olan digər ərazilərdə də keçidlərin tikilməsi nəzərdə tutulub. Bu isə maliyyə vəsaitinə bağlı olan məsələ olduğu üçün vəsait bu və ya digər ərazilərdə keçidinin inşasına ayrıldıqca işlər aparılacaq" - deyə AAYDA-nın təmsilçisi əlavə edib.

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər