{category-title}

Ağ Şəhər ərazisindəki Yeni Park kvartalında infrastruktur və abadlıq işlərinə başlanılıb

 

Ağ Şəhər ərazisində Xəzər dənizindən 25 metrədək hündürlükdə yerləşən Park kvartalında inşaat işləri davam edir.

Ağ Şəhərin mətbuat xidmətindən AZƏRTAC-a bildirlib ki, şəhərin ən böyük parklarından olan Nizami parkının yaxınlığında yerləşən Park kvartalında yaşayış binaları, məktəb və uşaq bağçası, biznes mərkəzi, inzibati dövlət binası və yeraltı avtodayanacaqlar nəzərdə tutulub.

Hazırda kvartalda 20 mərtəbəli yaşayış binalarının tikintisi başa çatır. Müasir üslublu binaların podiumlarının üzərində istirahət və yaşıllıq zonaları, uşaq meydançaları yerləşdirilir, ərazidə tikinti, quruculuq və abadlıq işləri aparılır, 7 metrlik piyada səkiləri boyunca ağaclar əkilir. Kvartal sakinlərinin kommunal ehtiyaclarını ödəmək üçün elektrik, su, qaz, kanalizasiya, internet və İPTV xətləri çəkilir.

Yaxınlığdakı “Ağ Şəhər” metro stansiyasının çıxışı Park kvartalını həm nəqliyyat baxımından əlverişli edəcək, həm də piyadaların Nobel prospekti boyunca keçidinə imkan yaradacaq.

Bundan əlavə, Park kvartalını əhatə edən Mərkəzi Bulvar küçəsinin Nobel prospektinə birləşməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən işlər görülür. Eni 37 metr, uzunluğu 1550 metr olan 4 zolaqlı Mərkəzi Bulvar küçəsi Ağ Şəhərin yol şəbəkəsində vacib yer alır.

Həmçinin yaşayış binalarından istinad divarı boyunca Olimpiya kvartalı istiqamətində rahat və təhlükəsiz piyada keçidi nəzərdə tutulub.

Ağ Şəhərdə sahəsi 10 hektar olan Nizami parkının Ağ Şəhərin Baş planına uyğun olaraq genişlənməsi və ərazisi abadlaşdırılacaq bağa müxtəlif rahat piyada keçidləri, eyni zamanda, avtoparkinq yerləri planlaşdırılıb.

Kvartal layihəsi üzərində Böyük Britaniyanın “ATKINS” memarlıq və “Chapman Taylor Architects” şirkətləri, eləcə də yerli memarlıq şirkətləri və ABŞ-ın “CallisonRTKL” firması işləyiblər.

Park kvartalında “Chapman Taylor Architects” şirkəti tərəfindən layihələndirilmiş özəl “Knightsbridge (Naytsbric) Residence” kompleksi qısa müddətdə ərazinin yaraşığına çevrilib. Ərazisi 34 hektar olan kompleksin 7 binasından birinin fasad həlləri başa çatıb və daha 4 binada tikinti işləri aparılır. London bağları üslubunda hazırlanan landşaft isə özündə ağaclar, kollar və çiçəklikləri birləşdirir.

Ümumilikdə Park kvartalında infrastruktur və abadlıq işlərinin il ərzində yekunlaşması gözlənilir.

Son xəbərlər

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

Bakıda avtomobil qadını vuraraq öldürüb

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

Bütün xəbərlər